"Heç kimdən xüsusi hədiyyə gözləmirəm" - İlham Namiq Kamal
Tarix: 9-01-2016, 10:56 |
Çap et
Özəl bir hədiyyə gözləmirəm.
Bu sözləri bu gün 67 yaşını qeyd edən xalq artisti İlham Namiq Kamal ad gününü necə keçirməsi haqda Axar.az-a danışarkən deyib. Aktyor təmtəraqlı ad günü keçirməyəcəyini bildirib:
“Artıq iki gündür ki, ad günü təbrikləri gəlir, hamıya öz təşəkkürümü bildirirəm. Heç kimdən xüsusi hədiyyə gözləmirəm. Mən özüm elə hədiyyəyəm. Budəfəki ad günümü ailəmlə birgə, səs-küysüz qeyd edəcəyəm”.
Xatırladaq ki, xalq artisti İlham Namiq Kamal 1949-cu il yanvarın 9-da Bakıda anadan olub.