"Lazımsız insanlardan mənə zərbələr gəlir"
Tarix: 13-01-2016, 09:47 |
Çap et
Müğənni Ayan Babakişiyevanın başına iş gəlib.
Axşam.az-ın məlumatına görə, əkiz qardaşı Samir Babakişiyevin İnstaqram səhifəsinin oğurlandığını bildirən sənətçi hər kəsə müraciət edib:
“Əziz dostlarım və jurnalistlər, qardaşım Samirin “Facebook” və İnstaqram səhifəsini neçə gündür başqa insanlar idarə edir. Lazımsız paylaşımlar olur. Hamı bilir ki, artıq 2 ildir lazımsız insanlardan mənə zərbələr gəlir. Bu da onlardan biridir. Mən Ayan Babakişiyeva və mənim ailəm dövlətimizə, prezidentimizə və qanunlarımıza hörmət bəsləyirik. Yayılan şayiələrə inanmayın. Çalışırıq qardaşımın səhifəsini bağlayaq”.