Əsas Səhifə > Şou-biznes > "Manana gedib mahnı oxusa, daha yaxşı olar"
"Manana gedib mahnı oxusa, daha yaxşı olar"24-02-2016, 09:57 |
Əməkdar artist Bəhram Bağırzadə rol aldığı “Robinzon və 9 Cümə” filmindən danışıb. Axşam.az-ın məlumatına görə, aktyor tərəf müqabili olan əməkdar artist Manananın aktrisalığını bəyənməyib: “Gedib mahnı oxusa daha yaxşı olar. Müğənniliyi daha güclüdür. Eləcə də mənim gedib KVN-də oynamağım daha yaxşıdır. Bizdə bu işlər daha yaxşı alınır”. Manana da B.Bağırzadənin sözlərinə münasibət bildirib: “Mən xoşbəxtəm ki, Bəhram müəllim mənə qiymət verdi. O desə ki, Manana oxusun, mən edərəm. Kino bizim ikinci sənətimizdir”. Geri qayıt |