"Manana gedib mahnı oxusa, daha yaxşı olar" - Bəhram Bağırzadə
Tarix: 24-02-2016, 09:57 |
Çap et
Əməkdar artist Bəhram Bağırzadə rol aldığı “Robinzon və 9 Cümə” filmindən danışıb.
Axşam.az-ın məlumatına görə, aktyor tərəf müqabili olan əməkdar artist Manananın aktrisalığını bəyənməyib:
“Gedib mahnı oxusa daha yaxşı olar. Müğənniliyi daha güclüdür. Eləcə də mənim gedib KVN-də oynamağım daha yaxşıdır. Bizdə bu işlər daha yaxşı alınır”.
Manana da B.Bağırzadənin sözlərinə münasibət bildirib:
“Mən xoşbəxtəm ki, Bəhram müəllim mənə qiymət verdi. O desə ki, Manana oxusun, mən edərəm. Kino bizim ikinci sənətimizdir”.