Gəncə şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, Nizami küçəsi, döngə 3, ev 6 ünvanında yaşayan 1942-ci il təvəllüdlü Məmmədəli Əliyev evinin həyətindəki üzüm çardağından özünü asıb.
Faktla bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb.