Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                     Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                     "Burada Ermənistan bir bəhanə və bir vasitədir" .....                     Naxçıvan MSK-nın üzvləri seçilib .....                     “Makron niyə Bakıya gəlmədi?... .....                     "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm" .....                     Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                     Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” .....                     "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" .....                     MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub .....                     Dağlıq ərazilərdə qar yağacağı gözlənilir .....                 

BİLAL ƏLİYEV PULLARINI ZİBİL QUTUSUNDA GİZLƏDİBMİŞ
Tarix: 5-10-2012, 09:15 | Çap et
BİLAL ƏLİYEV PULLARINI ZİBİL QUTUSUNDA GİZLƏDİBMİŞ
“GÖRDÜM, MƏNİ ÖLDÜRƏCƏKLƏR”

Həyat bir kitabdır, yaşandıqca yazılır. Kiminin taleyinə kiçik broşür düşür, kiminin qismətinə cildlərlə əsərlər. Heç təsadüfi deyil ki, bəzi insanlar ömür yolunun müəyyən qismini əks edən gündəliklər tuturlar. Lakin bütün həyatı əhatə etməyə nə insanın hövsələsi çatır, nə də ömrü. Onun taleyini, pis və yaxşı əməllərini olduğu kimi yalnız mələklər qələmə ala bilir. Bu da bir qismətdir. Əsas odur ki, ölçüsündən asılı olmayaraq yazılmış kitab mənalı, maarifləndirici və oxunaqlı olsun.

Bu gün sizinlə birlikdə xalq artisti Bilal Əliyevin həyat kitabçasını vərəqləyəcəyik.

- Özünüz haqda məlumat verərdiniz...

- 1959-cu ildə noyabrın 18-də Salyan rayonunun Kürd qardaşlar kəndində anadan olmuşam. Ailədə 10 uşağıq. Xalq artistiyəm. Ailəliyəm, bir oğlum var.

- Necə oldu ki, bu sənəti seçdiniz?

- Uşaqlıqdan həvəsim olub. Həyətimizdə quyu var idi. Həmişə gedib başımı salıb quyuda oxuyardım. Quyuda adamın səsi exo verir. El-obada oxuya-oxuya bu sənətə gəldim. 47 ildir sənətdəyəm, onun 40 ilini professional səhnədəyəm. İlk dəfə nağara sinfinə getmişəm. O da ki valideynlərimin məsləhəti ilə olub. Hər bir oğlan uşağının səs dövrü var. Valideynlərim bilirdilər ki, mənim musiqiyə böyük həvəsim var. Məsləhət oldu ki, əgər səs dönəmində səsim batarsa, nağara ritmi ilə məşğul olaram. Şükürlər olsun ki, səsim batmadı. Allah-Təala bu sənəti mənə verdi. İlk müəllimim Hacıbaba Hüseynov olub. Mənə muğamı öyrədib. İncəsənət Universitetini də bitirmişəm.

- Uşaqlıq xatirələrinizdən danışardınız...

- Sizə deyim ki, uşaqlıqda çox dələduz olmuşam. Kövrək, təmiz qəlbli insanam. Bəlkə də özbaşına olsaydım, təmiz qəlbimə görə çoxdan məhv olardım. Allah məni qoruyur. Nə əmr edib, o addımları atmışam. Dinlə məşğul oluram. Bizlər Yaradanın aciz qullarıyıq. Həyatda çalışmışam ki, heç kimin haqqını yeməyim. Heç vaxt paxıllıq etməmişəm, yalandan uzaq olmuşam. Uşaqlıq illərindən bəri bu haqda fikirləşmişəm. Tanrı yaradanda insanı pak yaradır, insan özü-özünü idarə edir. Biri oğru olur, biri kimsənin haqqını tapdalayır, biri görürsən ki, adam öldürür. Bütün bəşərə müraciət edirəm, haqqın yoluna gəlsinlər. Bildi, bilmədi, başqası haqda pis fikirlər danışmasınlar. Səkkiz yaşımdan artıq püxtələşmişdim, iyirmi beş yaşında insanın düşüncələri məndə var idi. Əlli üç yaşım var. Artıq dünyagörüşüm, düşüncələrim əsirlərlə yaşayan insanın düşüncələrinə bərabərdir.

- Bəs gəncliyiniz necə keçib?

- Çox gözəl keçib. Musiqi ilə məşğul olmuşam. Bütün ölkələrdə musiqimizi təbliğ etmişəm. Həmişə də fəxr etmişəm ki, azərbaycanlıyam. İfama başlayanda da, ölkəmizi təbliğ edəndə də ilk çıxışım bu olub: “bizi torpaqlarımızdan ayıran insanların ürəyinə Tanrı dağ çəksin!”

- İlk sevgin neçə yaşında olub?

- Kəndimizdə orta məktəbdə oxuyanda olub. X sinfi bitirəndən sonra yollarımız ayrıldı. Mən musiqi ilə məşğul olmağa başladım. Bilirsiniz necədir? İlk məhəbbət elədir ki, ölənəcən adamın ürəyində nisgili qalır.

- Bəs sonralar rastlaşmısınızmı ilk məhəbbətinizlə?

- Çox rastlaşmışam. Yalnız kənardan baxmışam ona. Çünki o evlidir, ona başqa gözlə baxa bilmərəm. Həyatdır, hər şey Allahın əlindədir, qismətdən qaçmaq olmaz.

- Bəs sevib ailə qurdunuz?

- Yox, sevib ailə qurmadım. Ailədir, sonralar övlad olur, böyük məhəbbət yaranır ailəyə. Bir oğlum var. Həyat yoldaşımı da özüm seçmişəm. Tərbiyəli bir ailənin qızıdır. Bakıda bibimgilin evində qalırdım. Həyat yoldaşım da onlarla qonşu idi. İyirmi beş yaşında ailə qurdum. Altı yaş yoldaşımdan böyüyəm. Çox xoşbəxtəm.

- Qısqanc insansınız?

- Deyim ki, elə də yox.

- Amma məndə olan məlumata görə, siz o qədər qısqanc insansınız ki, hətta yaşadığınız evdə pəncərələri qəzetlə bağlayırsınız...

- İnanın, yalandır. Ümumiyyətlə, mənim pərdədən heç xoşum gəlmir. Bir yataq otağındadır, bir də uşaq otağında. Bu, mənə qarşı şayiədir. Mən təmizliyi sevən insanam. Sizə söylədim axı, elə də qısqanc insan deyiləm. Bunu sizə çatdıranlara deyirəm ki, Allahdan qorxsunlar. Mənim elə bir gizli işim yoxdur ki, yaşadığım evin pəncərələrini qəzetlə bağlayım. Belə insanlardır da, şayiələr, iftiralar çıxardırlar. Bu cür adamlar qulaqları kar, gözləri kor, dilləri iftira ilə dolu olanlardır. Təəssüf edirəm ki, mənim haqqımda belə danışırlar.

- Təəssüf edirəm ki, müsahibəyə təəssüflə başladınız. Onda deyin görək, şou-biznesdə irəli getmək, uğur qazanmaq çətindirmi?

- Mən elə başa düşürəm ki, istedadı Allah verir insana. Şou-biznes dünyada var. Hamı şou-biznesə gündəmdə qalmaq üçün qoşulur. Mən süni baxıram şou-biznesə. Onlar yalnız ulduz olurlar. Tez yanıb, tez sönürlər, tarixdə qala bilmirlər. Nə də söz deyə bilmirlər. Bizim korifeylərimiz olub, Seyid Şuşinski, Sara Qədimova, Tükəzban Qurbanova, Şövkət Ələkbərova. Onların yeri hər an var ürəklərimizdə. Şəxsən özümü şou-biznesdə görmürəm. Mən xalqımın sənətkarıyam. Xalqımla da nəfəs alıram. Gözəl səsim var, gözəl işlər görmüşəm. Xalqım üçün nə lazım olsa, təbliğ etməyə hər an hazıram. Xarici ölkələrdə musiqimizi təbliğ edirəm. Günü bu gün də çox sevinirəm ki, xarici ölkələrdə mənə tələbat var və hamı məni gözəl tanıyır.

- Efirlərdə niyə az-az görünürsünüz?

- Hamı bilir ki, mənim atam tanınmış, usta aşpazdır. Atama yemək haqqında sual versən, danışa bilər, mən yox. Mən nə danışım? Hansısa verilişdə yemək bişirilirsə, gedim nə danışım? Mən musiqidən danışa bilərəm yalnız. Kimsə məni dəvət edirsə, ancaq musiqili verilişlərə dəvət etsin, siyasi verilişlərə də dəvət etməsin. Gəlib oxuyub, sənətimi göstərmək istəyirəm. O qədər gözəl sənətkarlarımız var. Qoç döyüşə girirsə, hərənin öz yeri var. Mən də təbii ki, gözəl sənətkarlarımızla bir səhnəni bölüşmək istəyirəm.

- Efirlərdə az-az görünən Bilal Əliyev unudulmaqdan qorxmur ki?

- Unudulmaqdan heç qorxmuram. Əbədi Allahdır, zaman, dünya dəyişir. Əsirlər keçəcək, biz yaddan çıxacağıq. Bizdən sonra da kimlərsə gələcək. Zaman öz sözünü deyir. Həyatda Allahdan başqa hər şey yalandır.

- Bəs yaradıcılığınıza pul xərcləyirsinizmi?

- Əvvəllər xərcləyirdim, indi yox. Yeni mahnılar yazdırmışam, otuza yaxın mahnım var.

- Nə klip çəkdirirsiniz, nə də səhnədəki obrazınızı dəyişirsiniz. Səbəb nədir?

- Ümumiyyətlə, klip çəkdirməyi xoşlamıram. Mən iki böyük sənətkarın tələbəsi olmuşam. Hacıbaba Hüseynovun, Rəşid Behbudovun. Bu iki insanın klipi olub bəyəm? Amma oxumaqları ilə tarixdə qalıblar. Bütün insanları Allah yaradıb. Mən ən bahalı geyim alıb geyinərəm, amma sırğa taxım, sep taxım, bəzək-düzək verim, bunları qəbul eləmirəm. Heç kimin də işinə qarışa bilmərəm. Gərək unutmayasan ki, Tanrı səni belə yaradıb. Mənim çox ağır xasiyyətim var. Hərənin öz xasiyyəti kimi görünüşü olmalıdır. Geyimlərimi də özüm seçirəm.

- Sonuncu cavabınızdan qalmaqal ruhu hiss olundu. Ümumiyyətlə, qalmaqal nə deməkdir sizin üçün?

- Çox pis baxıram. Həmişə də uzaq olmaq istəyirəm qalmaqaldan.

- Sizcə, bugünkü toy bazarında yeriniz varmı?

- Əlbəttə. Sizə deyim ki, mənim on beş prodüserim var, hər ölkədə biri. Əgər mən Moskva şəhərinə gedirəmsə, əvvəlcə prodüserim oteldə qalmağımı, qonorarımı danışır, yaxud da pulu hesabıma köçürür.

- Hazırda toylara neçəyə gedirsiniz? Əvvəllər iddia edirdiniz ki, toy qonorarınız 70 min manatdır. Bu da həmkarlarınız tərəfindən birmənalı qarşılanmadı...

- Mənə öz fikrim önəmlidir. Hazırda toylara 150 min dollara gedirəm. Olur ki, 120 minə də gedirəm, 70 minə də. Xarici ölkələrə 150 mindir qiymət. Baxır adamına. Elə olur ki, imkansız bir ata-ana məni toylarında görmək istəyir, gedib təmənnasız iştirak edirəm.

- Bəs Azərbaycanda toylara neçəyə gedirsiniz?

- Mən şükür edirəm, bu günlərdə toylarım çoxdur. Heç nəyə də ehtiyacım yoxdur. Baxır adamına, şəhər toylarına 70 min də olur, 50 min də. Hamı bilir ki, Bilal Əliyevin toy qiyməti budur. Elə olub ki, təmənnasız toylarda musiqiçilərin də qonorarını öz cibimdən ödəmişəm.

- İnandırıcı olmasa da, rəqəmlər çox maraqlı səslənir. Görəsən, toylara 150 min dollara gedən Bilal Əliyevin repertuarı hansı mahnılardan ibarətdir?

- Bilirsiniz, ola bilər kiməsə inandırıcı olmaz. Mənim öz repertuarım var. Onu axşamdan hazırlayıram ki, həmin günü hansı mahnını ifa edəcəm. Hələ heç kimə ixtiyar verməmişəm gəlib mənə desin ki, bu mahnı nədir, başqa mahnı oxu. Ev yiyəsi ağzını açanda bilirəm ki, hansı mahnıları seçib oxumalıyam. Proqramda bəylə gəlin, ata-ana, qonum-qonşu mahnılarım var. Lazım olanda diskoteka mahnıları da ifa edirəm. İlk dəfə Azərbaycanda repi sintez edib mən oxumuşam. Toyda ev yiyəsi məndən hansı mahnını istəyirsə, onu da ifa edirəm. Əgər bilmirəmsə, gedib öyrənirəm. Ara mahnılarını da ifa edirəm. Mənim toy qiymətim xarici ölkələrə 150 mindən başlayır, şəhər toylarında 70-50 min arasındadır. Bunu mən Bilal Əliyev deyirəm.

- Bilal Əliyev həmkarlarından kimin ifasını bəyənir?

- Muğam ifaçılarını çox bəyənirəm. Son dövrlər muğama maraq böyükdür. Hiss olunur ki, estradaya maraq azalıb. Orta nəsildən Röyanı çox bəyənirəm, vurulmuşam oxumağına. Azərbaycanda birinciliyi götürüb, bütün xalq onu sevir, yüksəklikdədir. Həmişə də yüksəklikdə olsun. Ən çox Röyanın ifasında bəstəkar Arif Məmmədovun mahnısı olan “Gəl bizim dağlara” mahnısını çox bəyənirəm. Alim Qasımovu, Ağaxan Abdullayevi, Arif Babayevi dinləyirəm. Adlar çox ola bilər. Kiminsə adını çəkmədimsə, inciməsin. İnanın, bütün həmkarlarımı dünyalar qədər sevirəm, hətta pislərini də.

- Amma bəzi həmkarlarınız sizi bəyənmir. Sizcə, səbəb nədir?

- Görünür, məni bəyənməyənlər məndən qat-qat güclü sənətkarlardır. Allah bilsin. Burdan da onlara “çox sağ ol” deyirəm. Amma üz-üzə gələndə elə danışırlar ki, dost kimi. Heç deməzsən ki, bu insan səni bəyənmir.

- Məndə olan məlumata görə, siz aşıq Zülfiyyə ilə birlikdə Moskva şəhərində bir restoranda çıxış etmisiniz. Fonoqramla ifa etdiyinizə görə sizin pulunuz verilməyib. Sonra da söz-söhbət düşüb...

- Bu məlumat sizə haradan çatıb, bilmirəm. Mən harasa dəvət alıramsa, məni ora kim aparırsa, pulumu həmin insan ödəyir. Heç vaxt da belə bir şey olmayıb, yadımda deyil. Qaldı kimsə mənim pulumu hesabıma həmin an ödəmirsə, üç günlük külli miqdarda girov qoyur, gedib ifa edirəmsə, pulum ödənilmirsə, dava-dalaş eləmirəm, üç gün ərzində həmin girov ev olursa, adıma keçirirəm. Qaldı, kim olur olsun, mən heç vaxt qoymaram ki, mənim haqqımı yesinlər.

- Ümumiyyətlə, toylarda başınıza nə kimi maraqlı hadisə gəlib?

- Heç yadımdan çıxmaz. Sovet dövründən söhbət gedir. Demək, bir gün toy yiyəsi gəldi mənimlə söhbət etməyə. Şəmkirdə böyük bir məclisə dəvət etdi məni. Bu hadisə 1980-ci ildə olub. O vaxt toya 3 min rubla gedirdim. Elə oldu ki, bu toyu danışdım, behi də aldım. Ev yiyəsi mənə dedi ki, pulun yarısını toyda verəcəm, amma siz gəlin, 500 rubl da artıq verəcəm. Getdim Şəmkirə, çox gözəl də qarşıladılar. Yemək yedikdən sonra tamada mənə yaxınlaşdı. Dedi ki, bilirsən nə toy olacaq burda. Mən də dedim ki, bilirəm. Daha heç nə büruzə vermədim. Yeyəndən sonra durdum ki, açılış-ifa edim. Elə bir mahnı ifa etdim ki, bir də gördüm toy yiyəsinin ürəyindən oldu. Bir paçka 100 rublu başımdan tökdü. Bu tərəfdən də 50 rubl paçkası başımdan töküldü. Şokda idim. Qışqırdı ki, ay camaat, Bilal Əliyev xoş gəlib məclisimizə. Kim bu toyda pul saxlayıb getsə, şərəfsizdir. Hamı gəlir, pullar paçka ilə tökülür. Yeddi-səkkiz sumka, qarmonun çamadanı dolub. Amma yerdə pul çoxdu da. Axırda meşok gətirdilər, sıx-sız yığdılar. Nə isə, toy bitdi. Dedilər, ev yiyəsi səni çağırır. Fikirləşdim ki, pulları istəyirlər də. Qalxdım yanına. Dedi ki, sənə nə qədər verəcəm? Dedim ki, 3500 rubla danışmışdıq. Pulumu ödədi, heç behi də istəmədi. Mən dedim ki, bəs biz yığılan pulları qaytarmaq istəyirik. O dedi ki, o pullar sizindi. Elə eləyin ki, burdan sağ-salamat gedəsiniz. Yola çıxdıq. Yolun kənarında bir restoranda saxladıq ki, çörək yeyək. Həmin pulları da oradaca altı nəfərin arasında sumka-sumka bölüşdük. Meşok da mənə qaldı. Çoxları həmin pula ev-eşik, maşın aldı. Evə gəldim, meşoku açmadım. Gecə yatdım. Yuxuda gördüm ki, musiqiçilər mənim pulumun çox olduğunu bilib gəlib məni öldürmək istəyirlər. Səhər durdum, həyat yoldaşıma dedim ki, apar bu meşoku qoy qapının ağzındakı zibil vedrəsinin yanına. Qorxdum, dedim, birdən gələrlər də. Gəlsələr deyim ki, pul evdəki zibil vedrəsinin yanındadır. İnanın, iki ay həmin zibil vedrəsinin yanında qaldı o meşok. Bir gün qohum-əqrəba gəlmişdi borc istəməyə. Mən də onları danladım ki, niyə işləmirsiniz? Sonra meşoku gətirib içindəki pulları onların arasında böldüm. Həmişə ehtiyacı olanlara kömək edirəm. Elə vaxt olub ki, qıtlıq zamanında çörək alıb hamısını paylamışam. Çünki bu sənəti Allah verib mənə, xalqımız sayəsində qazanmışam.

- Bəzi müğənnilər övladlarına toy edir. Çox vaxt sizi həmin məclislərdə görmürük. Niyə?

- Ataların bir misalı var: “Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə”. Olur ki, bir hissəsi dəvət edir, bir hissəsi dəvət etmir. Fikirləşirlər ki, Bilal gəlməz, başqa cür olar. Yəqin çox övladlarının xahişi ilə qonaqları çağırırlar. Buna da normal baxıram.

- Allah sizə ata olmağı nəsib edib. Ata olmaq nə deməkdir?

- Yenə “Quran” ayəsinə müraciət edəcəm. Belə bir ayə var ki, Allah insanları üç dövlətlə imtahan edir. Birinci, çoxlu övladları ilə, ikinci var-dövləti ilə, üçüncü də mülkləri ilə. Mən həyətdəki uşaqlara da öz övladım kimi baxıram. Övladımı elə tərbiyə edirəm ki, atasının imkanından istifadə edib, ona-buna qılınc çəkməsin. Atalıq böyük bir hissdir.

- Deyirlər, kişi ağlamaz. Amma axır vaxtlar qadınlara baxanda kişilər daha gözü sulu olub...

- Oxuduğum dini kitablarda da var, Allah buyurub ki, ağlamaq gözəl şeydir, ağlayın. Hamı bilsə ki, ölmək gözəl şeydir, ölmək istəyər. Tanrı tövbələri qəbul edir. Rəhmlidir. Anam rəhmətlik gözümün qabağına gəlir. Necə bizi əziyyətlə böyütdüyü günləri yadımdan çıxara bilmirəm. Yadıma düşən kimi ağlayıram. Anam yeddi ildir dünyasını dəyişib. Atamın yetmiş doqquz yaşı var, ona mən baxıram. Hərdən atamın üzündəki qırışlara baxıb fikirləşirəm ki, necə də anamı saf məhəbbətlə sevib. Ondan sonra ailə qurmaq istəmədi. Amma elələri var ki, arvadı rəhmətə gedən kimi qoymur qırxı çıxmağa, ailə qurur. Hər atamın yanına gedəndə gözümün qabağında qocalığını görürəm. Bu, mənə çox pis təsir edir. Atam Bakıda qala bilmədiyinə görə rayonda qardaşımgillə qalır. Gözəl şərait yaratmışam həyətimizdə. Atam çox xoşbəxtdir. Bu, mənim üçün vacibdir. Əksər hallarda onunla qarşılaşanda kövrəlib ağlayıram.

- Sizcə, həyatdan hər istədiyinizi ala bildinizmi?

- Çox şükür, hər nə istədimsə, Allah verdi mənə. Çox şey istəmirəm bu fani dünyada. Gərək bu dünyada savadlı oğul böyüdəsən. Dövlətə layiq övlad olsun. Ölüb gedəndə onmərtəbəli villanı özünlə aparmayacaqsan ki, bir metr parçadan başqa. Gərək həyatda hamıya hörmət edəsən, Allah da o dünyada sənin yerini cənnətlik eləsin. İnsan olmaq lazımdır.

- Nədən qorxursunuz?

- Düşmənin xətasından qorxuram. Onun xəstəliyi pis olur. Ölüm hamı üçün var. Tanrıdan can sağlığı istəyirəm ki, görəcək işlərim çoxdur. İnanın, bu yaxınlarda Əzrail yuxuma girmişdi. Yatıb görürəm ki, qapı açılır. İki nəfər gəlir, mənim başımın üstündə dayanır. Biri Əzrail idi, biri mələk. Mənə deyir ki, getmək istəmirsən? Mən də əsəbi halda deyirəm, siz nə danışırsınız, hələ mənim işlərim çoxdur. Mələk yavaş səslə deyir, gördün, sənə dedim ki, getməyəcək. Bir-birlərinə baxıb, çıxıb getdilər. Səhər yuxudan ayıldım. Gördüm ki, yuxu imiş. Şükür etdim və rahatlıq tapdım ki, Allah ömrümü uzadıb.

- Adam arasında hansı vəziyyətə düşməkdən qorxursunuz?

- Allah uzaq eləsin. O şeydən qorxuram ki, şəxsiyyətini itirmiş bir insanla bir yerdə olum. İnsan var ki, bir söz deyirsən, abır-həyasından üzü qızarır. İnsan da var, abırsızdır.

- Ötən illər həyatınızda nə kimi izlər buraxıb?

- Hər günün öz izi var. Əlli üç il yaşadım. Yaxşını da, pisi də qəbul edirəm.

- Həyatınızda ən böyük çılğınlıq nə olub?

- Azərbaycanda durğunluq dövrü yaşandı. Hər gün namazda yalvarırdım ki, Tanrı elə bir rəhbər yetirsin ki, Azərbaycanda durğunluq dövrü yox olsun. Bir də eşitdim, bütün hamı ulu öndərimiz Heydər Əliyevə yalvarışla müraciət edir ki, qayıtsın, gəlsin, ağsaqqallıq eləsin. Ulu öndərimiz də qayıtdı, ağır vəziyyətdə olan hakimiyyəti boynuna götürdü. İnanın, mənə sevincimdən hədsiz bir enerji gəldi, mən də öz növbəmdə Azərbaycanı musiqilərimlə təbliğ etməyə başladım. Heydər Əliyev böyük siyasətlə Azərbaycanı bu bəladan qurtardı. İndi də İlham Əliyev sayəsində Azərbaycanımız günü-gündən gözəlləşir.

- Tək qalanda nə edirsiniz?

- Dinlə məşğul oluram. Deyim ki, mən efirlərə yalnız xəbərlərə görə baxıram. Bütün məlumatları internet vasitəsilə alıram. Biz böyük bəşəriyyətdə yaşayırıq. Böyük varlıqlar var ki, gözə görsənmirlər. 1993-cü ildən bəri boş vaxt tapan kimi dini elmlə məşğul oluram.

- Konsert vermək haqda fikirləşirsiniz?

- Bu yaxınlarda İranda konsert verməyimi istədilər. Böyük şirkət idi. Mən razı olmadım. Çünki onlar bizim iki şairimizi tutub, şər-böhtan atmışdılar. Biz də gördük ki, şairləri günahsız tutublar. Təklifi qəbul etmədim. Şübhələndim. Birdən niyyətləri başqa cür olardı. Haçan Azərbaycanla İran arasında münasibət yaxşı olar, mən də gedib oxuyaram.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru