MÜĞƏNNİMİZ TELEAPARICINI AĞLATDI
Tarix: 9-10-2012, 09:30 |
Çap et
YAQUB ZURUFÇUNU AĞLADAN DƏRD NƏDİR?
Azərbaycanın tanınmış müğənnisi Yaqub Zurufçu TRT Avaz-da yayımlanan "Azərbaycan ulduzları" layihəsinin aparıcısı Arzu Əsgərovanı göz yaşlarına boğub.
Əməkdaşımızla söhbəti zamanı Arzu çəkiliş meydançasında baş verən bu hadisəni belə nəql elədi: "Dillər əzbərinə çevrilmiş "Ayrılıq" mahnısının tarixçəsindən bəhs edən verilişdə Yaqub müəllim gözlənilmədən dünyasını dəyişmiş anası ilə son görüşü xatırladı. Tükürpədici, film kimi hekayə idi.
Amerikadan Bakıya gəldiyini bilən anası onun Bakı konsertində sürpriz qonaq kimi iştirak edibmiş. Tamaşaçılar arasında anasının olduğunu görən Yaqub müəllim sevincindən bilməyib nə etsin.
İnanın, daha ardını eşitməyə dayana bilmədim və ağlamağa başladım. O, məni sakitləşdirib anasının konsertdən sonra Təbrizə geri döndüyünü və bir daha onunla görüşmədiyini də söylədi.
Çünki İrana qayıdan anası çox az vaxtdan sonra dünyasını dəyişib. Bir ulduzun ailə dramına qulaq kəsilmək çox acıverici idi. Yaqub Zurufçu böyük insandır ki, bu dərdi çiynində daşıyıb, öz məğrurluğunu itirmir". \ milli.az \