“MƏNDƏN VƏ AİLƏMDƏN ƏL ÇƏKSİNLƏR”
Tarix: 10-10-2012, 11:30 |
Çap et
BOŞANMA XƏBƏRİ YAYILAN MÜĞƏNNİ QIZDI
Bu ilin aprelində seçdiyi Səbinə xanımla ailə qurub subaylıqla vidalaşan müğənni Elxan Qaraxanoğlunun boşanma xəbəri yayılmağa başlayıb.
Evliliyinin saxta olması iddialarını yalanlayan Qaraxanoğlu ona şər atanlara çox şiddətli cavab verməyi unutmadı: “Təxmini bilirəm bu xəbərlər haradan və kimlər tərəfindən məqsədli şəkildə yayılır. Belələrini bir az səviyyəli olmağa səsləyirəm. Ən azından, mənim səviyyəmə çatın, sonra adımı dilinizə gətirin. Hansı saxta evlilikdən söhbət gedir? Mən günləri, ayları sayıram ki, ata olacağam, boşboğazlar boşanacağımı yayırlar. Məndən və ailəmdən əl çəksinlər. Çünki hər kəsə verə biləcəyim cavabım var”. \ milli.az \