ZİYA MƏMMƏDOV QUBANIN KEÇMİŞ BAŞÇISINA İŞ VERİB
Tarix: 10-10-2012, 12:04 |
Çap et
RAUF HƏBİBOVUN NƏQLİYYAT NAZİRLİYİNDƏ İŞƏ GÖTÜRÜLDÜYÜ DEYİLİR
DİA.AZ: - 1 Mart hadisələrinin ardından devrilən Qubanın sabiq icra başçısı Rauf Həbibovun başqa bir vəzifəyə təyin ediləcəyi haqda məlumatlari yayılsa da, sonradan bu xəbərlər təsdiqlənmədi. Amma bu arada DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaqlardan olduqca ilginc bir informasiya verilib.
Etibarlı mənbənin söylədiklərindən belə aydın olur ki, təxminən bir ay əvvəl Rauf Həbibov nəqliyyat nazirliyində nəqliyyatın inkişafı və elmi-texniki siyasət şöbəsinə işə götürülüb. Onun konkret olaraq hansı vəzifəyə təyin edildiyi deyilməsə də, bu məlumatın ictimaiyyətdən gizli tutulduğu mənbəmiz tərəfindən xüsusi olaraq vurğulandı.
Qeyd edək ki, Rauf Həbibov Ziya Məmmədovun kadrı hesab olunurdu və Qubada vəziyyət qarışdığı zaman icra başçısının adından Quba camaatından da məhz Ziya Məmmədov üzr istəmişdi. Amma bütün bu cəhdlərə baxmayaraq NN şefi adamını postunda qoruya bilmədi.