ƏBÜLFƏS QARAYEV MƏHKƏMƏYƏ VERİLDİ
Tarix: 11-10-2012, 09:11 |
Çap et
NAZİRLİYİN DƏ QAZPULU BORCU VAR İMİŞ
ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi (İB) Mədəniyyət və Turizm Nazirliyini məhkəməyə verib. Femida.az-ın məlumatına görə, İB nazirliyə qarşı istifadə olunmuş qaza görə yaranmış borcun ödənilməsi tələbi barədə iddia qaldırıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib.
Bakı Apelyasiya Məhkəməsi akt ləğv edib və yeni qətnamə qəbul edib.
Hazırda işə Ali Məhkəmədə baxılır.