YAPONLAR YENƏ DƏ SİLKƏLƏNDİ
Tarix: 8-11-2011, 11:15 |
Çap et
BU DƏFƏ ZƏLZƏLƏNİN GÜCÜ 6,8 BAL OLDU
Yaponiyanın Okinava adası sahillərində Rixter şkalası üzrə 6,8 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin episentri adanın sahillərində 220 kilometr uzağa düşüb. Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur. Yerli məmurlar sunami təhlükəsinin olmadığını bildiriblər.
Qeyd edək ki, Yaponiyada sonuncu güclü zəlzələ bu ilin mart ayında baş verib. 8,9 bal gücündə zəlzələ və onun yaratdığı sunami nəticəsində 20 minə yaxın adam ölüb, Yaponiya iqtisadiyyatına ümumilikdə 210 milyard dollar zərər dəyib.