TOPPUŞ BACININ LƏQƏBİ DƏYİŞƏCƏK
Tarix: 8-11-2011, 12:16 |
Çap et
TÜNZALƏ AĞAYEVA ARIQLAMAQ NİYYƏTİNDƏDİR
Artıq çəkidən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva yenə arıqlamağa qərar verib.
Aktrisa son bir neçə həftə ərzində az da olsa, artıq çəkidən azad ola bilib. O, Milli.Az xəbər portalına arıqlama üsulundan danışdı:
"Pəhrizə oturmuşam. Bu üsulla arıqlayıram. Pəhrizə dietoloq məsləhəti ilə başlamışam. Artıq ay yarımdır, yeməyimə diqqət edirəm, yəni pəhrizin proqramından kənara çıxmıram. Bu müddətdə 9 kilo çəkidən azad olmuşam. Bu hələ kiçik göstəricidir. İnşallah, neçə belə çəkimi itirmək istəyirəm".
Aktrisa pəhriz proqramı bitəndən sonra belə, yeməyinə diqqət edəcəyini bildirdi.