ERMƏNİSTAN YENƏ HƏDƏLƏDİ: «DƏQİQ VURARIQ»
Tarix: 17-10-2012, 09:27 |
Çap et
AZƏRBAYCANIN RAKET SİSTEMİ KÖHNƏLİB?
DİA.AZ: - Ermənistan tərəfi Azərbaycanın Müdafiə Nazirliyinin dünənki açıqlamasına reaksiya verib. DİA.AZ-ın düşmən mətbuatına istinadən verdiyi xəbərdən aydın olur ki, Arkadiy Qriqoryan adlı erməni hərbi ekspert Azərbaycanın Ermənistana aid heç bir strateji obyekti vurma iqtidarında olmadığını bildirib: «Amma Ermənistan Azərbaycanın bütün iqtisadi və hərbi obyektlərini raketlə vurmaq iqtidarındadır».
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin rəsmisi Eldar Sabiroğlu Ermənistana aid bütün strateji obyektləri vurmaq iqtidarında olduğumuzu bəyan etmişdi. Sabiroğlu onu da bildirmişdi ki, Azərbaycanın yeni raket sistemi var. Amma erməni hərbçi bu yeni sistemin artıq köhnəldiyini iddia edir: «Azərbaycan özünün yeni raket sistemi ilə öyünür. Hansı ki, həmin raket sistemi Qazaxıstanda brak hesab olunaraq silahlı qüvvələrdən çıxarılmışdı. Amma hərbi parad zamanı həmin «Nayza» və yaxud da «LİNKS» adlı raket sistemi Bakı küçələri ilə şütüyürdü».
Erməni hərbi ekspert bildirir ki, inkişaf etmiş ölkələrdə 107, 120 millimetr kalibrli raketlərdən imtina edirlər, amma Azərbaycanda həmin raketlər elmin son nailiyyəti kimi qəbul olunur.