“HƏKİM DEDİ Kİ, ÜMİD ALLAHA QALIB”
Tarix: 8-11-2011, 15:49 |
Çap et
QƏDİR RÜSTƏMOVUN VƏZİYYƏTİ DAHA DA PİSLƏŞİB
İstanbulun “Acıbadem” Xəstəxanasının reanimasiya şöbəsində 20 günə yaxındır ki,koma vəziyyətində olan görkəmli muğam ifaçısı, xalq artisti Qədir Rüstəmovun səhhəti getdikcə pisləşir.
Bunu APA-ya açıqlamasında sənətkarın həyat yoldaşı, hazırda Türkiyədə sözügedən xəstəxanada olan Fatma Rüstəmova deyib. Onun sözlərinə görə, Qədir Rüstəmovun səhhətində heç bir irəliləyiş yoxdur: “Vəziyyəti hər gün daha da pisləşir. Ölüm-qalım mübarizəsi aparır. Həkimi dedi ki, ümid Allaha qalıb. Biz də oturmuşuq xəstəxanada hər an şad xəbər alacağımızı səbirsizliklə gözləyirik”.
F. Rüstəmova bayram günlərini xəstəxanada keçirdiklərini və Qədir Rüstəmovun bayramda bu vəziyyətdə olmasına çox kədərləndiyini bildirib: “Bu bayram günlərində də əlimizi Allaha açıb yalnız Qədirə dua etmişik. Bizim üçün ən böyük hədiyyə onun səhhətinin yaxşılaşması olar. Hamımız o ana ümid edirik. Sadəcə, həkimlər elə demir”.