RƏQSANƏNİ DƏ ALAN TAPILDI
Tarix: 22-10-2012, 11:25 |
Çap et
MÜĞƏNNİ ƏRƏ GETMƏYƏ HAZIRLAŞIR
Müğənni Rəqsanə İsmayılova ərə getməyə hazırlaşır.
Müğənni bir də efirdə şəxsi həyatı haqqında danışmayacağını söz versə də, bu dəfə özünü saxlaya bilməyib. Day.Az-ın məlumatına görə, müğənni "ATV Maqazin" proqramına açıqlamasında etiraf edib ki, artıq tək yaşaya bilmir.
"Mənə eşq elan ediblər, hələ ki, düşünürəm. Mən o adamlardan deyiləm ki, böyük uşaqlarım var deyə həyatımı bitmiş hesab edim. Başa düşdüm ki, artıq tək qala bilmirəm, mənə dəstək lazımdır. Ona çox hörmət edirəm, gözlərim də sevgi ilə işıq saçır, sevgidən gülümsəyir. Xoşbəxtəm ki, sonunda Allah mənə belə bir insan göndərdi. Mən onu dəlicəsinə sevirəm", - o əlavə edib.