QUBANI YENƏ DƏ ETİRAZ AKSİYASI BÜRÜDÜ
Tarix: 23-10-2012, 10:23 |
Çap et
POLİS AKSIYAYA CƏLB OLUNUB
Azərbaycan Müəllimlə İnstitunun Quba filialının direktoru prof. Məmməd Əliyev, müavinləri ilə birlikdə vəzifələrindən azad ediliblər. DİA.AZ-ın Avropa.info-ya istinadən verdiyi məlumata görə, ötən həftədən bəri filialda Maliyyə Nazirliyinin əməkdaşları yoxlamalar aparırdılar.
Nəhayət dünən AMİ-nun rektoru prof. Aqiyə Naxçıvanlı özü Qubaya gələrək filialın müəllim və tələbə heyətinin qarşısında filial rəhbərliyindəki dəyişikliklə əlaqəli məlumat verib. Bu vaxt filialın tələbələri siniflərdən çıxıb heyətə enərək M. Əliyevin lehinə, yeni təyin olunmuş direktor Rövşən müəllimin əleyhinə piket keçiriblər.
Bu hadisədən filialın yaxınlığındakı icra hakimiyyətində xəbər tutublar və icra hakimi filiala gəlib. Daha sonra Quba RPŞ-nin əməkdaşları filiala çağırılıblar. Nəticədə tələbələrin piketinə dincliklə son qoyulub.
Deyilənlərə görə, direktor M. Əliyev və müavinləri aşkarlanmış korrupsiya faktları səbəbiylə vəzifədən uzaqlaşdırılıblar və bu qərarın verilməsində Baş Prokurorluğun da rolu olub.