SİYAVUŞ ASLANDAN XƏBƏR VAR
Tarix: 30-10-2012, 11:39 |
Çap et
XALQ ARTİSTİ EV ŞƏRAİTİNDƏ MÜALİCƏ OLUNUR
Siyavuş Aslanın oğlu Eldar Aslan Milli.Az-a atasının vəziyyəti haqda danışıb:
“Siyavuş müəllim özünü çox yaxşı hiss edir, şəkərini normada saxlamaq üçün hər gün dərmanlar verilir, iynələr vurulur. Pəhriz lazımi tərzdə qurulur. Ev köməkçisi daim yanındadır. Dostları, sənət yoldaşları vaxtaşırı ziyarətinə gəlib hal-əhvalını soruşurlar. Allahın köməyi ilə hər şey qaydasındadır”.