GƏNCƏDƏ TƏLƏBƏLƏR İCRA BAŞÇISINA NƏ DEDİLƏR?
Tarix: 4-11-2012, 12:31 |
Çap et
ELMAR VƏLİYEVDƏN YATAQXANA İSTƏNİLDİ
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncə Dövlət Universitetinin tələbələri lə görüşüb.
SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, tələbələri şəhərin başçısı ilə görüşdə fikirlərini və problemlərini - universitetdə müasir iclas zalının olmamasından, yataqxananın yoxluğu, imkansız, lakin istedadlı uşaqların ingilis dili kurslarından istifadə edə bilməməsindən, tələbə poliklinikasının fəaliyyətsizliyindən, laborotoriyaların yarasızlığından, tələbələrə təqaüdlərin 3 aydır verilməməsi və başqa problemlərdən söz açıblar.
Tələbələr ictimai nəqliyyatın ləngimələrlə işləməsi, əyləncə mərkəzlərinin olmaması və ən başlıcası coğrafiya ixtisasının praktik təcrübəsinin keçirilməsi üçün şəraitin yoxluğundan da bəhs ediblər.
Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin Gəncə şöbəsi əməkdaşlarının tələbələrlə gobud rəftarının yolverilməz olduğunu deyən E.Vəliyev bunun təcili araşdırılacağını deyib, problemlərin həlli ilə bağlı tapşırıqlar verib.
Açıq mikrafon şəraitində keçən görüş mərhələli olacaq, Gəncədə olan universitetlərin, kolleclərin tələbəri ilə də mövcud problemlərlə bağlı müzakirələr keçiriləcək.