"AĞDAM" RESTORANININ SAHİBİ ƏTRAFINDAKI BİZNES QƏTLLƏR
Tarix: 5-11-2012, 11:07 | Çap et
VƏ YA BİZİMKİLƏR RUSİYADA
Sankt-Peterburqda üç kişi saxlanılıb. İstintaq komitəsi onları iki sifarişli qətlin təşkili və həyata keçirilməsi üzrə təqsirli bilir. Polislərin ehtimalına görə bu qətllər Azərbaycan mətbəxi restoran biznesinin yenidən qurulması ilə bağlıdır. Bu qətllərin sifarişçisi olan Məmmədov beynəlxalq axtarışdadır.
Fontanka.ru etnik biznes qətllərinin təfərruatlarını öyrənə bilib. Sankt-Peterburqda restoran biznesinin yenidən qurulmasına qarşı çıxdığına görə öldürülən biznesmenlərin sayı beşdən yeddiyə yüksəlib.
2012-ci ilin oktyabrın əvvəlində yerli hərbi məhkəmə dörd qafqazlını beş insanın qətlində təqsirli bilib və onları ümumilikdə 88 il müddətinə məhkum edib.
Oxşar soyadlar
Oktyabrda cəzaçəkmə müəssisələrinə podpolkovnik Əmrahov, Məmmədov, Kərimov, Putiyenko göndəriliblər. Noyabrın 1-də Suvorov prospektindəki kabinetlərdə olan insanların oxşar soyadları var: Əli Əliyevi qətllərin birbaşa həyata keçirilməsində şübhəli bilirlər, Kamil Qurbanov cinayətlərdə iştirakda, Zəmin İsayev isə təşkilatçılıqda günahlandırılırlar. Onların hər birinin 35 yaşı var.
Bir qədər öncə səs-küyə səbəb olan bandaya qarşı irəli sürülən ittiham və rezonans doguran həbs Məmmədov adlı sahibkarla bağlıdır.
Restoran əlaqələri
Bu ilin noyabrın 1-də saxlanılan şəxslərin ifadələri iki qətlin Məmmədov tərəfindən törədilməsi ilə bağlıdı. Fontanka.ru-nun müxbirinin İstintaq Komitəsinin nümayəndəsi ilə söhbəti zamanı məlum olub ki, 2009-cu ilin yazında Məmmədov həmyerlisi Musayevdən "Aviatorlar Parkı"nda yerləşən yay restoranını almaq istəyib. Planlarını reallaşdıra bilməyən Məmmədov İsayevi tutaraq işi ona həvalə edib. O isə öz növbəsində cinayəti həyata keçirmək üçün Əliyev və Qurbanovu tapıb.
2009-cu il noyabrın 9-da onlar Novoizmaylovsk prospektindəki obyektləri səhv salaraq Musayevin sürücüsü 35 yaşlı Nagıyevi güllələyiblər. Musayev sükanı sagda olan "Toyota"da olub və bu onun həyatını xilas edib.
Cinayətkarlar səhvlərini oktyabrın 13-də "düzəldiblər". Həmin gün Kostyuşko küçəsində onlar Musayevi güdərək qətlə yetiriblər. Cinayət materiallarında Əliyevin cinayətin qarşılıgında 120 min rubl aldıgı göstərilir.
Nüfuzlu "Ağdam"
Yerli hərbi məhkəmənin qərarına əsasən, 2005-ci ildən banda Azərbaycan mühitində böyük "nüfuza" malik Nəzərovu aradan götürüb. Həmin ildə onlar Qəribov və Əliyev soyadlı biznesmenləri qətlə yetiriblər.
2009-cu ildə onlarla əlbir olan Süleymanov və 21 yaşlı Tibb Universitetinin tələbəsi Kərimov soyadlı kommersantın qızı Rumiyə öldürülüb.
Qızın qətli Rusiya KİV-lərində geniş işıqlandırılıb. İlk öncə belə bir versiya irəli sürülüb ki, qızın ölümündə atasının da əli var.
Jurnalistlər ehtimal edirlər ki, Rumiyənin ölümünə onun müsəlman mentalitetinə zidd yüngül hərəkətləri səbəb olub. Qızın atası günahkar olmadığı halda bir ayadək istintaq təcridxanasında qalmağa məcbur olub.
Məhkəmə zamanı məlum olub ki, bu qətliamın təşəbbüskarı "Ağdam" restoranının sahibi Murad Məmmədovdur. O, özünü Sankt-Peterburqun Moskva rayonunda azərbaycanlılar arasında "avtoritet" sayıb. Ona tabe olmayanlarla isə silah dili ilə danışıb. Məmmədov faktiki olaraq Frunze küçəsində yerləşən "Ağdam" restoranının sahibi idi.
Son olmayan şərhlər
Cinayət-axtarış şöbəsinin əməkdaşlarının fikrincə, Məmmədov Türkiyədə gizlənir. Sankt-Peterburqdakı azərbaycanlı biznesmenlərdən birinin sözlərinə görə, hazırda bu cür hadisələr onun ölkəsində mümkün deyil: "Prezident İlham Əliyev ölkədə qayda-qanun yaradıb. Məsələn, Bakıda nəinki insan öldürmək, oturacaqları belə cızmaq mümkün deyil".
Noyabrın 2-də İstintaq Komitəsi 3 nəfərin həbsinə dair iddia ilə çıxış edib.
- DİN-nin Şəhər İdarəsindən bildiriblər ki, çox güman ki, Məmmədovun "həmkarları"nın həbsi sonuncu olmayacaq.
Arayış
Son aylarda azərbaycanlı biznesmenlər daha iki rezonans doğuran hadisədən narahatlıq keçiriblər. Oktyabrın 7-də Nevsk parkında Hüseynovlar (ata və oğul), 26 yaşlı Məmmədov, 61 yaşlı Zamanov və 27 yaşlı Məlikov ayaqlarından yaralanıblar. Səhəri gün zərərçəkmişlər polisin suallarına cavab verməkdən imtina ediblər.
Oktyabrın 11-də kafelərin birinə iki naməlum şəxs daxil olub. Onlar 3 nəfərin şam etdiyi masaya yaxınlaşaraq masa arxasında əyləşmiş 31 yaşlı Adəm Quliyevi 5 atəşlə qətlə yetiriblər. Qatillər və öldürülənlə eyni masada oturan şəxslər polisin gəlişinədək hadisə yerini tərk ediblər.
2012-ci ilin oktyabrın 23-də Sankt-Peterburqda "Kiş-Miş" restoranlar şəbəkəsinin sahibi 34 yaşlı Əfqan Rəsulov 76-cı polis bölməsinin əməkdaşını yaralayıb. Polis öz növbəsində tabel silahından atəş açaraq biznesmeni qətlə yetirib. Polislər onun qardaşı Akifin mənzilinə daxil olmaq istəyiblər. Bildirilir ki, guya Akif zor gücünə evində qadın saxlayırmış. Restoranın şəriki olan Akif Rəsulova qarşı zorlama maddəsi ilə cinayət işi qaldırılıb.
Əfqan Rəsulovu öldürən polis hazırda dövlət tərəfindən qorunur. Onun mühafizəsi DİN-nin Şəhər İdarəsinə həvalə edilib. Ehtimal edilir ki, öldürülən Ə.Rəsulovun dostları yaralı polisdən qisas ala bilərlər. \ AzNews.az \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Bu gün, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Bu gün, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Bu gün, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
|