Əsas Səhifə > Güney Press, Araşdırma > "AĞDAM" RESTORANININ SAHİBİ ƏTRAFINDAKI BİZNES QƏTLLƏR
"AĞDAM" RESTORANININ SAHİBİ ƏTRAFINDAKI BİZNES QƏTLLƏR5-11-2012, 11:07 |
VƏ YA BİZİMKİLƏR RUSİYADA Sankt-Peterburqda üç kişi saxlanılıb. İstintaq komitəsi onları iki sifarişli qətlin təşkili və həyata keçirilməsi üzrə təqsirli bilir. Polislərin ehtimalına görə bu qətllər Azərbaycan mətbəxi restoran biznesinin yenidən qurulması ilə bağlıdır. Bu qətllərin sifarişçisi olan Məmmədov beynəlxalq axtarışdadır. Fontanka.ru etnik biznes qətllərinin təfərruatlarını öyrənə bilib. Sankt-Peterburqda restoran biznesinin yenidən qurulmasına qarşı çıxdığına görə öldürülən biznesmenlərin sayı beşdən yeddiyə yüksəlib. 2012-ci ilin oktyabrın əvvəlində yerli hərbi məhkəmə dörd qafqazlını beş insanın qətlində təqsirli bilib və onları ümumilikdə 88 il müddətinə məhkum edib. Oxşar soyadlar Oktyabrda cəzaçəkmə müəssisələrinə podpolkovnik Əmrahov, Məmmədov, Kərimov, Putiyenko göndəriliblər. Noyabrın 1-də Suvorov prospektindəki kabinetlərdə olan insanların oxşar soyadları var: Əli Əliyevi qətllərin birbaşa həyata keçirilməsində şübhəli bilirlər, Kamil Qurbanov cinayətlərdə iştirakda, Zəmin İsayev isə təşkilatçılıqda günahlandırılırlar. Onların hər birinin 35 yaşı var. Bir qədər öncə səs-küyə səbəb olan bandaya qarşı irəli sürülən ittiham və rezonans doguran həbs Məmmədov adlı sahibkarla bağlıdır. Restoran əlaqələri Bu ilin noyabrın 1-də saxlanılan şəxslərin ifadələri iki qətlin Məmmədov tərəfindən törədilməsi ilə bağlıdı. Fontanka.ru-nun müxbirinin İstintaq Komitəsinin nümayəndəsi ilə söhbəti zamanı məlum olub ki, 2009-cu ilin yazında Məmmədov həmyerlisi Musayevdən "Aviatorlar Parkı"nda yerləşən yay restoranını almaq istəyib. Planlarını reallaşdıra bilməyən Məmmədov İsayevi tutaraq işi ona həvalə edib. O isə öz növbəsində cinayəti həyata keçirmək üçün Əliyev və Qurbanovu tapıb. 2009-cu il noyabrın 9-da onlar Novoizmaylovsk prospektindəki obyektləri səhv salaraq Musayevin sürücüsü 35 yaşlı Nagıyevi güllələyiblər. Musayev sükanı sagda olan "Toyota"da olub və bu onun həyatını xilas edib. Cinayətkarlar səhvlərini oktyabrın 13-də "düzəldiblər". Həmin gün Kostyuşko küçəsində onlar Musayevi güdərək qətlə yetiriblər. Cinayət materiallarında Əliyevin cinayətin qarşılıgında 120 min rubl aldıgı göstərilir. Nüfuzlu "Ağdam" Yerli hərbi məhkəmənin qərarına əsasən, 2005-ci ildən banda Azərbaycan mühitində böyük "nüfuza" malik Nəzərovu aradan götürüb. Həmin ildə onlar Qəribov və Əliyev soyadlı biznesmenləri qətlə yetiriblər. 2009-cu ildə onlarla əlbir olan Süleymanov və 21 yaşlı Tibb Universitetinin tələbəsi Kərimov soyadlı kommersantın qızı Rumiyə öldürülüb. Qızın qətli Rusiya KİV-lərində geniş işıqlandırılıb. İlk öncə belə bir versiya irəli sürülüb ki, qızın ölümündə atasının da əli var. Jurnalistlər ehtimal edirlər ki, Rumiyənin ölümünə onun müsəlman mentalitetinə zidd yüngül hərəkətləri səbəb olub. Qızın atası günahkar olmadığı halda bir ayadək istintaq təcridxanasında qalmağa məcbur olub. Məhkəmə zamanı məlum olub ki, bu qətliamın təşəbbüskarı "Ağdam" restoranının sahibi Murad Məmmədovdur. O, özünü Sankt-Peterburqun Moskva rayonunda azərbaycanlılar arasında "avtoritet" sayıb. Ona tabe olmayanlarla isə silah dili ilə danışıb. Məmmədov faktiki olaraq Frunze küçəsində yerləşən "Ağdam" restoranının sahibi idi. Son olmayan şərhlər Cinayət-axtarış şöbəsinin əməkdaşlarının fikrincə, Məmmədov Türkiyədə gizlənir. Sankt-Peterburqdakı azərbaycanlı biznesmenlərdən birinin sözlərinə görə, hazırda bu cür hadisələr onun ölkəsində mümkün deyil: "Prezident İlham Əliyev ölkədə qayda-qanun yaradıb. Məsələn, Bakıda nəinki insan öldürmək, oturacaqları belə cızmaq mümkün deyil". Noyabrın 2-də İstintaq Komitəsi 3 nəfərin həbsinə dair iddia ilə çıxış edib. - DİN-nin Şəhər İdarəsindən bildiriblər ki, çox güman ki, Məmmədovun "həmkarları"nın həbsi sonuncu olmayacaq. Arayış Son aylarda azərbaycanlı biznesmenlər daha iki rezonans doğuran hadisədən narahatlıq keçiriblər. Oktyabrın 7-də Nevsk parkında Hüseynovlar (ata və oğul), 26 yaşlı Məmmədov, 61 yaşlı Zamanov və 27 yaşlı Məlikov ayaqlarından yaralanıblar. Səhəri gün zərərçəkmişlər polisin suallarına cavab verməkdən imtina ediblər. Oktyabrın 11-də kafelərin birinə iki naməlum şəxs daxil olub. Onlar 3 nəfərin şam etdiyi masaya yaxınlaşaraq masa arxasında əyləşmiş 31 yaşlı Adəm Quliyevi 5 atəşlə qətlə yetiriblər. Qatillər və öldürülənlə eyni masada oturan şəxslər polisin gəlişinədək hadisə yerini tərk ediblər. 2012-ci ilin oktyabrın 23-də Sankt-Peterburqda "Kiş-Miş" restoranlar şəbəkəsinin sahibi 34 yaşlı Əfqan Rəsulov 76-cı polis bölməsinin əməkdaşını yaralayıb. Polis öz növbəsində tabel silahından atəş açaraq biznesmeni qətlə yetirib. Polislər onun qardaşı Akifin mənzilinə daxil olmaq istəyiblər. Bildirilir ki, guya Akif zor gücünə evində qadın saxlayırmış. Restoranın şəriki olan Akif Rəsulova qarşı zorlama maddəsi ilə cinayət işi qaldırılıb. Əfqan Rəsulovu öldürən polis hazırda dövlət tərəfindən qorunur. Onun mühafizəsi DİN-nin Şəhər İdarəsinə həvalə edilib. Ehtimal edilir ki, öldürülən Ə.Rəsulovun dostları yaralı polisdən qisas ala bilərlər. \ AzNews.az \ Geri qayıt |