"AXI, MƏN HEÇ NƏ ETMƏMİŞƏM..."
Tarix: 6-11-2012, 09:08 |
Çap et
MÜĞƏNNİ XATUN KİMLƏRİ NİYƏ ƏSƏBİLƏŞDİRİB?
Lider TV-də Sərxan Kərəmoğlunun təqdimatında yayımlanan "Evimin qonaqları" verilişində müğənni Xatunun bəzi həmkarlarını parodiya etməsi bir çox həmkarlarının qəzəbi ilə nəticələnib.
Yaşadıqlarını oxucularımızla bölüşən Xatun ondan inciyən sənət dostlarına səsləndi: "Ax, mən heç nə etməmişəm, sadəcə, sahib olduğum istedadı nümayiş etdirmişəm. Həmin verilişdə xalq artisti Nazpəri Dostəliyeva olmaqla, əməkdar artistlər - Mətanət İsgəndərli, Almaz Ələsgərova, eləcə də müğənni dostlarımı - Xumar Qədimova, Könül Kərimova və Nazənin xanımı parodiya etmişəm.
Veriliş efirə getdiyi vaxt mən işlərimlə bağlı xaricdə idim. Qayıtdıqdan sonra eşidirəm ki, adlarını sadaladığım müğənnilər məndən inciyiblər. Onların hər birinə böyük hörmətim var. Və istəmirəm ki, münasibətlərimizdə soyuqluq yaransın. Bir daha deyirəm parodiya etmək özü bir istedaddır. Vallah, kimsə məni təqlid etsə, buna əsla qıcıqlanmaram". \ Milli.Az \