ELŞAD ABDULLAYEVİ FRANSA TƏHVİL VERƏCƏKMİ?
Tarix: 6-11-2012, 12:26 | Çap et
GÜLƏR ƏHMƏDOVA İŞİNDƏ GÖZLƏNİLMƏZ SONLUQ...
Son ayların ən qalmaqallı hadisəsi olan Gülər Əhmədova olayı gözlənilməz axara düşüb. Hətta bəzi məlumatlara görə bu axar elə gözlənilməz sonluğa gedib çıxacaq. Belə ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı videodan sonra cəmiyyətlə bərabər hakimiyyət nümayəndələri də o zaman hələ deputat olan Gülər Əhmədovanın üstünə gedirdilər və bu gedişlə əslində ciddi sonluqlar baş verməliydi. Yəni o deputat mandatını itirməsinin ardından YAP-dan qovulmalı, daha sonra isə cinayət məsuliyyətinə cəlb olunmalı idi. Lakin bu, baş vermədi. Əksinə əldə etdiyimiz məlumata görə, keçmiş deputat öz ətrafındakılara yaxın vaxtlarda şok hadisələrin baş verəcəyini deyib. Onun mətbuata, konkret olaraq “Yeni Müsavat”a da son açıqlaması təxminən bu mənanı verir. Bəs nə baş verib ki, Gülər Əhmədovanın əslində çıxılmaz olan vəziyyətindən çıxış yolu tapilib?
“Ağzımı acdırmayın!”...
Fransada mühacirətdə yaşayan blogger Elnur Məcidli mətbuata deyib ki, Gülər Əhmədovanın əlində də hakimiyyət nümayəndələri haqda videolar var. Əlbəttə, bu da hadisələrin fərqli yöndə cərəyan etməsi üçün kifayət qədər ciddi səbəb ola bilərdi. Lakin zənnimizcə, Gülər Əhmədovada sözügedən videolar yoxdur və ya o, bu videoları yaymaqla hakimiyyətin daha ciddi qəzəbinə tuş olacağının fərqində olmamış deyil. Əks halda, keçmiş deputat elə hadisələrin başlangıcında bu karta söykənib özünü arxayın apara bilərdi. Gülər Əhmədovanı tanıyanlar bilir ki, əgər onun əlində belə videolar olmuş olsaydı və ya o bu videolardan istifadə etməkdən qorxmasaydı, heç mandatının alınmasına da razı olmazdı. Deməli, bu günkü susqunluğun səbəbini başqa yerlərdə axtarmaq lazımdır.
Bununçün bir qədər geriyə qayıdıb videonun yayıldıgı ilk vaxtlarda baş verənləri incələmək lazım gəlir. Həmin günlərdə isə Fransa diplomatları ilə Azərbaycan rəsmiləri arasında görüşlər əhəmiyyətli dərəcədə sıx olub. Məhz bu cür görüşlərdən sonra Elşad Abdullayevin Azərbaycana gətirilməsi məsələsi gündəmə gəldi. Heç şübhəsiz, Azərbaycan tərəfi Fransanın rəsmi nümayəndələri ilə görüşlərdə keçmiş rektorun geri verilməsini prespektivi barədə danışıblar.
Baş prokurorun müəmmalı Fransa səfəri...
Həmin günlərdə daha bir diqqət çəkən məsələ də Azərbaycanın Baş prokuroru Zakir Qaralovun Fransaya səfər etməsi oldu. Düzdür, həmin səfər barədə prokurorluğun açıqlamasında bildirilirdi ki, Baş prokuror Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya"sına Əlavə Protokolun müvafiq bəyanatla imzalanması mərasimində iştirak etmək üşün oktyabrın 6-dan Strasburqda səfərdədir. Lakin nə bu əlavə bəyanatlı protokoldan xəbər çıxdı, nə də Z.Qaralovun həmin səfərdən nə vaxt qayıtması bəlli oldu. Xatırladaq ki, hələ 8 oktyabrda Baş Prokurorluq bildirirdi ki, Z.Qaralov hələ də Fransada səfərdədir. Halbuki, bu tipli imzalanma mərasimləri əvvəlcədən planlaşdırıldığı üçün cəmi bir gün vaxt aparır. Prokurorun təyyarədə, yolda keçirdiyi vaxtı da bunun üstünə gəlsək, Qaralov ayın 9-da ölkədə olmalı idi. Amma belə bir qayıdış barədə xəbər çıxmamış məlum oldu ki, prokuror ilin-günün bu vaxtı qısa məzuniyyət götürüb. Qeyri-rəsmi məlumatlarda isə Baş prokurorun Almaniyaya müalicəyə getdiyi deyildi. Rəsmi məlumatda isə onun qısamüddətli məzuniyyətə çıxdığı söylənildi. Amma bu qısamüddətli məzuniyyət iyirmi gündən artıq çəkdi və beləliklə, Fransadakı bir neçə günü də üstünə gəlsək, prokuror bir aya yaxın vaxtını Avropada keçirmiş oldu.
Çoxları bu səfər zamanı prokurorun Elşad Abdullayevlə görüşə cəhd etdiyini desələr də, bu versiyanı qətiyyən inandırıcı saymaq olmaz. Ona görə ki, Zakir Qaralov Elşad Abdullayevin bütün görüşlərini videogörüntüyə aldığını bilir və bir hüquqşünas kimi Azərbaycan hökuməti təmsilçisinin gələcəkdə cinayətkar elan edəcəkləri şəxsin görüşünə getməsinin hansı effekti doğura biləcəyindən də xəbərsiz deyil. Əksinə, fikrimizcə, Z.Qaralov Fransada məhz E.Abdullayevin geri verilməsinin hüquqi əsasları barədə müzakirələr apara bilərdi.
Gülər Əhmədovanın “iki həftə”si...
Bu versiyanı inandırıcı edən daha bir məqam da odur ki, prosesin əvvəlində insult qorxusu yaşayan, üstünə bir gündə iki dəfə təcili yardım gələn Gülər Əhmədova 30 oktyabrdan iki həftə əvvəl öz yaxınlarına belə bir mesaj verirmiş ki, hər şey yaxşı olacaq və müddət də göstərirmiş: “İki həftə gözləyin”. Həmin günlərdə hətta keçmiş deputatın rəhbərlik etdiyi “Mərkəz” qəzetinin bəzi əməkdaşları da qəzetin nəinki bağlanmayacağı, iki həftə sonra yeni layihəyə başlayacaqlarını deyirmişlər. Başqa sözlə desək, Gülər Əhmədova diplomatik əlaqələrin bu işdə kara biləcəyinə inanırmış. Amma...
Fransa Elşad Abdullayevi verəcəkmi?
Düzdür, Elşad Abdullayev özü də cinayətkardır və son vaxtlar Gülər Əhmədovanın mümkün qədər bu cinayətləri açıb göstərmək cəhdi heç də heç bir siyasi aktivliyi olmayan ölkədaxili kütləyə hesablanmayıb. Bu, onun fikrincə, Fransanı E.Abdullayevdən imtina etməyə həvəsləndirə bilən faktorlar ola bilər. Lakin məsələ burasındadır ki, Fransa E.Abdullayevə sığınacaq verəndə onun hansı cinayətlərə əl bulaşdırdırmasından xəbərsiz olmayıb. Sadəcə olaraq, Qərb və Avropa cinayətkarın belə, hüquqlarını tanıyır və indiki halda E.Abdullayevin bu hüquqlarının hansı şəkildə istismar oluna biləcəyini təxmin edir.
Burada bir xatırlatma etmək yerinə düşər ki, Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar bu günlərdə verdiyi müsahibədə video olayını diqqətlə saxladıqlarını deyib. Bu isə təkcə, Azərbaycan hökumətinə deyil, Fransaya da mesaj sayıla bilər ki, beynəlxalq normalardan kənar addımlar atılmasın.
Belə olan halda, “Gülər Əhmədova işində” sonuncu variant işə düşə bilər. Bu isə Elşad Abdullayevin ölkəyə gəlməməsini səbəb kimi göstərib, istintaqı yarımçıq saxlamaqdır. Hərçənd, hüquqşünaslar ondan Fransada da ifadə almağın mümkünlüyünü deyir, vəziyyətdən çıxış yolu kimi hələlik bu variantdan istifadə oluna bilər. Əlbəttə ki, müvəqqəti olaraq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Bu gün, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Bu gün, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Bu gün, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
|