LATIŞ QIZIN “SARI GƏLİN” ŞOUSU
Tarix: 7-11-2012, 11:19 |
Çap et
ANMARİ BAKIDA KONSERT VERƏCƏK
Latviya Respublikasının “Eurovision 2012 ” təmsilçisi Anmari Heydər Əliyev Sarayında solo-konsert verəcək. Sarayın mətbuat xidmətindən ANS PRESS-ə verilən xəbərə görə, noyabrın 27-də keçiriləcək konsert “Sarı Gəlin” adı altında təşkil ediləcək. Anmarini səhnədə 5 nəfərdən ibarət estrada orkestri və 4 nəfərlik rəqs kollektivi müşayiət edəcək. Müğənni bakılı tamaşaçılar üçün “Sarı Gəlin”, “Sən gəlməz oldun” və “Gəl ey səhər” daxil olmaqla 6 Azərbaycan mahnısı ifa edəcək.
Bundan əlavə Anmari Latviya xalq mahnıları ilə yanaşı tanınmış latviyalı bəstəkar Raymond Paulsun mahnılarını ifa edəcək.
Biletləri şəhərin kassalarından əldə etmək olar. Biletlərin qiyməti : 10 – 60 AZN arasındadır.