“BU QAYDANI LƏĞV ETMƏK TƏLƏBİ ABSURDDUR”
Tarix: 7-11-2012, 13:53 | Çap et
DEPUTATLAR YENİ TƏKLİFƏ REAKSİYA VERDİ
Bir qrup seçki mütəxəssisi və hüquqçu seçki sisteminin dəyişdirilməsi təkliflərinin yer aldığı memorandum imzalayıb. Memorandumda ölkədə parlament seçkisinin proporsional və majoritar qaydada keçirilməsi, seçki komissiyalarının tərkibini yeni prinsiplər əsasında formalaşdırmaq, namizədlərin qeydiyyat prosesini sadələşdirmək, kampaniya müddətini uzatmaq təklif olunur.
“Media forum” saytı Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Mübariz Qurbanlı və Çingiz Qənizadənin memoranduma münasibətlərini öyrənib.
Mübariz Qurbanlı indiki Seçki Məcəlləsinin kifayət qədər təkmil olduğunu, hər hansı dəyişikliyə ehtiyac duyulmadığını deyib: “Seçki Məcəlləsi ədalətli, şəffaf, demokratik, azad seçki keçirmək üçün tamamilə yararlıdır. Təklif olunan müddəalar bütövlükdə Seçki Məcəlləsinin məzmununu və mahiyyətini dəyişməyə yönəldiyinə görə qəbul edilə bilməz. Seçki Məcəlləsinə zaman-zaman bəzi texniki xarakterli əlavələr edilir. Amma onun mahiyyətini dəyişən müddəalar heç bir məntiqə söykənmir”.
Deputat əlavə edib ki, təkliflər məqbul hesab edilsə belə, onun qanunvericiliyə daxil edilməsi bir deputatın səlahiyyətinə aid məsələ deyil: “Bu cür məsələlər Milli Məclisdə səsvermə yolu ilə həllini tapır. İndidən hansı təklifin qəbul edilib-edilməyəcəyi barədə qəti fikir söyləmək düzgün deyil”.
Çingiz Qənizadə seçki sistemində dəyişikliklə bağlı fikirlərə hörmətlə yanaşdığını bildirib, amma bir sıra təkliflə razılaşmadığını vurğulayıb: “Prezident seçkisində iştirak etməyə, dövlətin birinci şəxsi olmağa iddialı şəxsin müəyyən kvotada imza toplamalıdır. Bu qaydanı ləğv etmək tələbi absurddur”.
Parlament seçkisinin majoritar və proporsional qaydada keçirilməsi təklifinə münasibət bildirən deputat deyib: “Bu təklif gələcəkdə müzakirə predmetinə çevrilə bilər. Seçki sistemi ilə bağlı məsələlər Avropa Şurasının Venesiya Komissiyası ilə müzakirə edilib, onların rəyi əsas götürülüb. Bu gün qüvvədə olan qanunlara Avropa Şurasının, digər beynəlxalq təşkilatların böyük iradları yoxdursa, deməli, tətbiq edilən qaydalar normaldır. Amma təkliflərin səslənməsi də müsbət haldır, mütəxəssislərin araşdırma obyektinə çevrilə bilər”.
Deputat seçki kampaniyasının müddətinin uzadılmasını uğurlu təklif hesab etmir: “Əvvəllər müddət uzun idi, maliyyə problemləri yaranırdı, namizədin özü də əziyyət çəkirdi. Azərbaycan kiçik ölkədir. Məsələn, parlament seçkilərində dairələr elə təşkil edilir ki, namizəd 30-35 gün müddətində öz kampaniyasını həyata keçirə bilir, vaxt da qalır”.
“Media forum” saytının arayışı: Memorandumu Vidadi Mirkamal, Ənnağı Hacıbəyli, İntiqam Əliyev, Rəşid Hacılı, Erkin Qədirli, Əsabəli Mustafayev, Ələsgər Məmmədli, Xalid Bağırov, Gülağa Aslanlı, Ənvər Əliyev, Mirəli Hüseynov, Anar Məmmədli, Mənsum Bayramov, İlqar Hüseynli və Hafiz Həsənov imzalayıblar.
Sənəddə seçki sisteminin dəyişdirilməsi təklif olunur. Göstərilir ki, parlament seçkisinin yalnız majoritar sistemi əsasında keçirilməsi siyasi partiyaların inkişafına mənfi təsir edir, onların siyasi sistemdə yeri və rolunu azaldıb: “Buna görə seçki sistemi qarışıq seçki sistemi (proporsional və majoritar seçki sistemi) ilə əvəz edilməlidir”.
Seçki mütəxəssisi və hüquqçular seçki komissiyalarının tərkibinin yeni prinsiplər əsasında formalaşdırılmasını təklif edir: “Komissiyalar və komissiyalardakı vəzifələr əsas siyasi qüvvələrin bərabər təmsiliçiliyi əsasında, balanslaşdırılmış qaydada təşkil olunmalıdır”.
Namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesinin təkmiləşdirilməsi ilə bağlı bunlar təklif olunur:
- Parlament və bələdiyyə seçkilərində siyasi partiyalar və siyasi partiyalar blokunun irəli sürdüyü namizədlərin qeydiyyatı siyasi partiyalar və siyasi partiyalar blokunun qərarı ilə təsdiq edilən namizədlərin siyahısı əsasında aparılmalıdır;
- Prezident seçkilərində namizədin müdafiəsi üçün seçici imzaları heç bir kvota olmadan toplanmalı, seçicilər eyni zamanda digər namizədlərə də imza vermək hüququna malik olmalıdır. Qeydiyyatdan keçmiş və ölkənin ən azı 33%-də təşkilatı olan siyasi partiyaların namizəd irəli sürmək imkanı tanınmalıdır;
- Namizədlərin qeydiyyatı üçün seçici imzalarının və digər sənədlərin düzgünlüyün yoxlayan işçi qrupunun tərkibi müstəqil ekspertlərdən ibarət təşkil edilməli, qeydiyyatdan imtinanın əsasları konkret olmalı və qeydiyyatın alternativ variantı kimi qeydiyyat depoziti tətbiq olunmalıdır.
Memorandumda seçki kampaniyasının müddətini 120 günədək, təşviqat müddətini 60 günədək uzatmaq, səslərin paralel sayılması mexanizminin tətbiqi təklifləri də yer alır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
|