Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                     Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                     "Burada Ermənistan bir bəhanə və bir vasitədir" .....                     Naxçıvan MSK-nın üzvləri seçilib .....                     “Makron niyə Bakıya gəlmədi?... .....                     "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm" .....                     Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                     Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” .....                     "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" .....                     MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub .....                     Dağlıq ərazilərdə qar yağacağı gözlənilir .....                     Azərbaycanda iki kollecə təyinat olub .....                     10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət .....                 

KƏRƏM HƏSƏNOV SAHİBKARLARA NECƏ QAN UDDURUR?
Tarix: 8-11-2012, 09:32 | Çap et
KƏRƏM HƏSƏNOV SAHİBKARLARA NECƏ QAN UDDURUR?
QARADAĞDAKI BAZAR UĞRUNDA DAVANIN SƏDASI PREZİDENTƏ ÇATDIRILDI

DİA.AZ: - Az əvvəl Kərəm Həsənovun 100 milyon manatlıq yeyintisi ilə bağlı fahtları diqqətinizə çatdıracağımızı vəd etmişdik. Artıq bu qəbildən olan araşdırmalarımızın müəyyən nəticələri var və sizlərə ilk vətəndaş şikayətini təqdim edirik.

Qeyd edək ki, DİA.AZ-a Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri və bir sıra rəhbər işçilərinin özbaşınalığının qurbanı olmuş Bakı Şəhəri, Lökbatan qəsəbəsi, 4-cü massiv, 9-cu keçid, ev 14 Ağayev Ağahüseyn Qulam oğlu tərəfindən şikayət məktubu daxil olub. Eyni zamanda prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə ünvanlanmış həmin müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:
“Cənab Prezident!

Dəfələrlə hüquq-mühafizə orqanlarına aşağıdakı şikayət ərizəsi ilə müraciətimlə əlaqədar heç bir tədbir görürlməmişdir. Xahiş edirəm, ərizəmin araşdırılılmasına göstəriş verəsiniz.

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 may 2012-ci il tarixli qərarı ilə (iş N-2-inz (81)-746/2012) hüquqlarını təmsil etdiyimiz Şamilov Şamil Canməmməd oğlunun Azərbaycan Rspublikası Əmlak Məsələləri Dövlət Komitəsi və qeyrilərinə qarşı iddiası təmin edilərək “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi 7-də yerləşən 15 saylı bazarın alqı-satqısına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Qasımov Hüseyn Əlibala oğlu arasında imzalanmış 05 oktyabr 2010-cu il tarixli 30/01 saylı hərrac protokolunun Şamilov Şamil Canməmməd oğluna aid mağaza hissəsində etibarsız hesab edilməsi, həmin hissədə 7 saylı reyestr kitabının 695-ci vərəqində Şamilov Şamil Canməmməd oğlunun tikdirdiyi mağazaya aid qeydin etibarsız hesab edilməsi” qərara alınmışdır.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının yuxarıda göstərilən 26 sentyabr 2012-ci il tarixli (iş N-2-1inz (103)-862/2012) qərarı ilə iş üzrə cavabdeh Azərbaycan Rspublikası Əmlak Məsələləri Dövlət Komitəsi və üçüncü şəxslər ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi, Qasımov Hüseyn Əlibala oğlu və Paşayev Adil Süleyman oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-inz (81)-746/2012) saylı iş üzrə 18 may 2012-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin olunmamışdır.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının göstərilən qərarı maddi və prosessual hüquq normaları pozulmaqla çıxarıldığına görə həmin qərarla razı deyilik və bu səbəbdən də həmin qərarı tamamilə əsassız və qanunsuz hesab edirik:

Hər şeydən əvvəl qeyd edilməlidir ki, mübahisəli mağaza özəlləşdirilmiş bazarın tərkib hissəsi olmamışdır, yəni onun bazara heç bir aidiyyəti yoxdur. Belə ki, həmin mağaza 1994-cü ildən müstəqil fəaliyyət göstərmiş və onun fəaliyyəti üçün hüquqverici sənəd Qaradağ rayon İcra Hakimiyyətinin 14.09.1994-cü il tarixli 1112 saylı sərəncamı olmuşdur.

Daha sonra, yəni Qaradağ rayon İcra Hakimiyyətinin 17.04.2000-ci il tarixli, 321 saylı sərəncamı ilə mağazanın tikintisi üçün ticarət cərgəsində ayrılmış torpaq sahəsinin iddiaçının adına keçirilməsinə icazə verilmiş və mağazanın tikintisi rayon İH-nin aparatının memarı ilə razılaşdırılmaqla layihə əsasında aparılmışdır. Mağazanın tikintisinə bazarın və ya bazar rəhbərliyinuin heç bir vəsaiti xərclənməmişdir. Belə ki, həmin mağaza bilavasitə Qaradağ rayon İcra Hakimiyyətinin sərəncamı əsasında iddiaçının şəxsi vəsaiti hesabına tikilərək fəaliyyət göstərmişdir.

Göründüyü kimi, mübahisəli mağaza fiziki şəxsin əmlakıdır, dövlət əmlakı deyil.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

Mülki Məcəllənn 158-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ əmlak hüququ hesab edilir və qanunla müdafiə edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.

Mülki Məcəllənin 153.3-cü maddəsinə əsasən, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.

Mülki Məcəllənin 153.4-cü maddəsinə əsasən, bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.

Mülki Məcəllənin 154.1-ci maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər.

Mülki Məcəllənin 154.2-ci maddəsinə əsasən, bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır.

Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarını mübahisəyə tətbiq etməli olsa da tətbiq etməmiş, bununla da maddi hüquq normaları pozulmuşdur.

Ən başlıcası odur ki, mənə məxsus mağaza bazarın ərazisində deyil. Bazarın ərazisinin hüdudları mübahisəli və qeyri-müəyyən olmaqla ilkin sənədlərə yox, sonradan, yəni 1997-ci ildə tərtib edilmiş texniki pasporta əsaslanır. Hansı ki, həmin texniki pasportdan da görünür ki, bazarın içərisində mağaza olmamışdır. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, 28 may küçəsi 7-də yerləşən 15 saylı kolxoz bazarı 1983-cü ildə inşa edilmişdir (texniki pasportun göstəricisinə əsasən). Lakin həmin bazarın tikintisinin aparılması üçün torpaq sahəsinin ayrılması, ilkin tikinti-layihə sənədləri və s.sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

Bir sözlə, bazarın ilkin sənədləri məhkəməyə təqdim edilmədiyindən 1997-ci ildə tərtib edilmiş texniki pasportun məhkəməyə təqdim edilmiş surətini qanuni hesab etmək düzgün olmasa da apellyasiya instansiyası düzgünlüyü tərəfimizdən mübahisəsləndirilən həmin saxta texniki pasporta istinad edərək iddia tələbimizi rədd etmişdir.

Hansı ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur.

Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi, öz vəsaitim hesabına tikilmiş və sahibi olduğum mağazanın Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bazarın tərkib hissəsi kimi 2010-cu ildə pasportlaşdırılaraq hərraca çıxarılmasını və bazarla heç bir əlaqəsi olmayan şəxsə satılmaşını, hərrac protokolunu, nəticə etibarilə özəlləşdirməni qanuni hesab etmişdir.

Birinci instansiya məhkəməsində inzibati icraat zamanı olduğu kimi apellyasiya icraatı zamanı da kolxoz bazarının ilkin sənədlərinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsinin zəruriliyi barədə tərəfimizdən dəfələrlə vəsatət qaldırılsa da və bununla bağlı cavabdehə məhkəmə tapşırığı verilməsi dəfələrlə məhkəmədən xahiş edilsə də, birinci instansiya məhkəməsindən fərqli olaraq cavabdehə məhkəmə tapşırığı verilməmiş, cavabdeh ilkin sənədləri birinci instansiya məhkəməsində olduğu kimi yenə də məhkəməyə təqdim etməmişdir.

Hansı ki, İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan

digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

İnzibati Prosessual Məcəlləsinin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

İnzibati Prosessual Məcəlləsinin 12.3-cü maddəsinə əsasən, məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

İnzibati Prosessual Məcəlləsinin 12.4-cü maddəsinə əsasən, proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 60-cı maddəsinə əsasən, inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar.

Lakin məhkəmə kollegiyası tərəfindən sadalanan posessual hüquq normalarının tələblərinə riayət edilməmiş, apellyasiya instansiyası məhkəməsi inzibati icraat zamanı birtərəfli, yəni cavabdehin xeyrinə mövqe tutaraq ümumiyyətlə dəlil və vəsatətlərimizə heç bir əhəmiyyət verməmişdir.

Mübahisənin mahiyyəti üzrə ən başlıca məsələlərdən, yəni mağazanın bazara yox, yalnız mənə məxsus olduğunu sübut edən əsas hallardan biri aşağıdakından ibarətdir:

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 21 noyabr tarixli 332 nömrəli fərmanı əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti 22 dekabr 1992-ci il tarixli 683 saylı qərar qəbul etmişdir ki, həmin qərara əsasən kolxoz bazarları dəyəri yerli icra hakimiyyəti orqanları tərəfindən ödənilməklə “Azərittifaq”ın balansından alınaraq müvafiq rayon icra hakimiyyətlərinə verilmişdir. Odur ki, “Azərittifaq”ın bu barədə 12 fevral 1993-cü il tarixli 12 saylı əmri əsasında 15 fevral 1993-cü il tarixdə “Azərittifaq”ın, Qaradağ rayon İcra Hakimiyyətinin nümayəndəsinin və bazar rəhbərliyinin iştirakı ilə komissiya yaradılmış və müvafiq akt əsasında bazar təhvil-təslim edilmişdir. Təhvil-təslimin nəticəsi üzrə bazarın baş mühasibi V.Xrunovanın iştirakı ilə akt tərtib edilmiş və aşağıdakı əsas vəsaitlər aktda öz əksini tapmışdırır:

1. Ticarət mərkəzi-1 ədəd.

2. Poviliyon gürcü tipli- 6 ədəd.

3. Televizor -1 ədəd.

4. Soyuducu şkaf -1 ədəd

5. Soyuducu prilavka -1 ədəd.

6. Translyasiya qurğusu -1 ədəd.

7. Kondisoner BK – 1500 -1 ədəd.

8. Kondisoner qurğusu -1 ədəd.

Göründüyü kimi, kolxoz bazarı ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə yalnız yuxarıda göstərilənlər təhvil verilmişdir ki, mənim mağazam həmin siyahıda yoxdur.

Ən başlıcası, əgər mıənim mağazam, kolxoz bazarı Qaradağ Rayon İcra Hakimiyyətinin balansına keçdikdən sonra mənim yox, İcra hakimiyyətinin vəsaiti hesabına tikilmişdirsə, onda həmin mağazanın tikilməsi haqqında müvafiq sərəncam və layihə-smeta sənədləri olmalı və mağazanın tikintisinə dövlət büdcəsindən pul vəsaiti ayrılmalı idi. Hansı ki, bu barədə heç bir sənəd yoxdur.

Digər tərəfdən, bazrın tikintisi üçün 1983-84-cü illərdə ayrılmış torpaq sahəsinin sərəncamı və layihə-smeta sənədləri cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyi üçün bazarın həqiqi hüdudlarının məhkəmədə müəyyən etmək, qətiyyən mümkün deyildir. Bunun üçün verdiyimiz vəsatət əsasında məhkəmə kollegiyası ən azı yerində baxış keçirməli idi. Əgər yerində baxış keçirilsəydi şübhəsiz ki, Neft Şirkətinə məxsus qarajın sərhəddi ilə bazarın

sərhəddini müəyyənləşdirmək mümkün olardı. Çünki Neft Şirkətinə məxsus qaraj bu gün də yerindədir, bazar isə Neft Şirkətinə məxsus olan və neft mədənlərinə xidmət üçün yaradılmış at arabası qarajının yerində tikilmişdir. Həmin dövrdə bazar üçün də ayrılmış həmin sahənin, yəni at arabası qarajının bir hissəsi, Bakıelektrikşəbəkənin inzibati binası olmadığı üçün onlara, bir hissəsi isə OADKYC-nin motosikletlərinin qarajı kimi həmin cəmiyyətə verilmişdir.

Bütün bunları biz məhkəməyə izah etsək də məhkəmə kollegiyası bizim həmin dəlillərimizə də etinasız yanaşmış və həmin izahat protokola da əlavə edilməmişdir.

Birinci instansiya məhkəməsində Qaradağ rayon İcra Hakimiyyətinin baş memarı Naiq Səmədov ifadə verərkən bildirmişdir ki, vaxtilə Qaradağ Rayon İH tərəfindən bazarın içərisində qoyulmuş köşklər yığışdırılaraq bazarın ön hissəsində ticarət cərgəsi yaradılmış və 11 nəfərə orada mağaza tikintisi üçün torpaq sahəsi ayrılmışdır ki, Ş.Şamilova da ayrılmış torpaq sahəsi məhz həmin cərgədədir.

Lakin hakim Valeh Ağayev nümayəndəmin (vəkilimin) təkidli xahişlərinə baxmayaraq nə memarın ifadəsini nəzərə almış, nə də ki, onu yenidən dindirmiş, digər tərəfdən isə mübahisəli obyektə yerində baxış keçirməmişdir. Əksinə, hakim cavabdehin vəkili kimi çıxış edərək öz hakimlik borcunu unutmuş və onları istiqamətləndirmişdir.

İş üzrə 3-ü şəxs Qasımov Hüseyn Əlibala oğlu həmin ticarət cərgəsində yerləşən mağazaların bir hissəsini öz əvvəlki sahiblərinə qaytarmış, qalan hissəsini isə dayısı Paşayev Adil Süleyman oğlunun adına keçirmişdir ki, hakim V.Ağayev bunu öz qərarında da göstərmişdir. Necə ola bilər ki, eyni ticarət cərgəsində olan mağazaların bir hissəsi sahiblərinə qaytarılır, bizə məxsus mağaza isə qaytarılmır? 12 ildən yuxarı bir müddət ərzində işlətdiyimiz mağaza əgər bazara məxsus idisə, bu halda necə ola bilər ki, biz bazar rəhbərliyi ilə icarə müqaviləsi bağlamamış və heç bir icarə haqqı ödəməmişik, əksinə, vergilər idarəsində fiziki şəxs kimi uçota durub fəaliyyət göstərmişik?

Məhkəmə kollegiyası digər bir iş üzrə, yəni mübahisəli kolxoz bazarının ümumi alqı-satqısının və özəlləşdirilməsinin etibarsız hesab edilməsi ilə bağlı 1 saylı Bakı İnzibayi-İqtisadi məhkəməsinin icraatında başqa bir inzibati işin olması, bu səbəbdən də iş üzrə icraatın dayandırılması barədə vəsatətimizə də əhəmiyyət verməmiş və onu təmin etməmişdir (həmin iddia ərizəsinin surəti məhkəməyə təqdim edilmişdir).

Hansı ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır.

Qeyd edilməlidir ki, yuxarıda göstərilən inzibati işlə bağlı iddia ərizəsində bazarın özəlləşdirilməsi zamanı dövlət büdcəsinə vurlmuş ziyanla bağlı məsələlər qaldırılmışdır. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmış başqa inzibati işlə əlaqədar olaraq hakim sorğusu ilə Azərbaycan Respublikası Əmlak Bazarı İştirakçıları İctimayi Birliyindən alınmış rəyə görə keçirilmiş monitorinq nəticəsində noyabr 2010-cu ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsinin mərkəzində qeyri-yaşayış sahəsinin 1 kv.metrinin qiyməti 1500 manat olduğu bilavasitə göstərilmişdir (ekspertin rəyi əlavə olunur).

Təkcə bazarın ümumi tikinti altı sahəsinin 3223.9 kv.m. olduğunu nəzərə alsaq və həmin rəqəmi ekspert rəyinə əsaslanaraq 1500 manata vursaq bu məbləğ 4.835.850 (dörd milyon səkkiz yüz otuz beş min səkkiz yüz əlli) manat təşkil edir. Bazarın alqı-satqısı üçün isə ödənilmiş məbləğ vur-tut 238.462 manatdır. Göründüyü kimi, bununla da dövlət büdcəsinə 4.597.388 (dörd milyon səkkiz yüz otuz beş min səkkiz yüz əlli) manat ziyan vurulmuşdur.

Lakin bütün bu məsələlər apellyasiya instansiyasının məhkəmə kollegiyasının diqqətinə çatdırılsa da məhkəmə kollegiyası heç bir tədbir görməmiş, əksinə birinci instansiyası məhkəməsinin iş üzrə düzgün olan qətnaməsini ləğv etmişdir.

Hansı ki, İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

Bu mənada Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Məhkəmə kollegiyasının marağı nə olmuşdur ki, dölət büdcəsinə 4.597.388 manat məbləğində bilavasitə ziyan vurulduğu halda həmin məsələyə heç bir münasibət bildirməmişdir?

Bütün şərh edilənlərdən göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin işə baxan məhkəmə kollegiyası tərəfindən formal qərar qəbul edilmiş, sübutlar kifayət qədər araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir ki, belə olan halda həmin qərar qanuni və əsaslı hesab edilə bilməz.

Qeyd etmək yerinə düşərdi ki, klassiklərin dediyinə görə rüşvət unikal cinayətdir. Dövlət məmurunun satmağa nə malı, nə də ki, əmtəəsi var. O, rüşvət müqabilində öz namusunu, dövlətin Konstitusiyasını və qanunlarını satır.

Vaxtilə Ulu Öndər demişdir: “Hakimdə 4 zərif keyfiyyət olmalıdır.

1. Təmkinlə dinləməli.

2 . Məntiqlə cavab verməli

3 Qərəzə yol verməməli

Bəzi hakimlər isə maraq müqabilində başqa qərar qəbul edirlər.

Cənab Fuad Ələsgərov bu yaxınlarda mətbuatda vurğulamışdır ki, məhkəmələrə müraciət edənlərin sayı artır, bu da insanların problemlərinin artması deməkdir.

Əmlakı dağıdılmış və əlindən alınmış sahibkarların getməyə başqa yeri yoxdur, odur ki, məhkəməyə müraciət edirlər. Çünki insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi üçün Avropa Məhkəməsinə gedən yol buradan başlayır".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru