Bir qrup vətəndaşı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Adlarının açıqlamasını istəməyən vətəndaşlar şəhid qəbirlərinin baxımsız olmasından şikayət edirlər. Onlar bununla bağlı redaksiyamıza fotolar da göndəriblər:
“Bildirək ki, şəhid Zöhrab Vəliyev Qax rayonunun Zərnə kəndində dəfn olunub. Adına Xəzər dənizində gəmi də var.
Xəzər rayonu, Pirallahı qəsəbəsində dəfn olunan Yefremov Aleksandr Gennadyevicin məzarı isə elə yerdədir ki, heç kim onun şəhid olmasına inanmaz. Məzarında şəhidliyə aid heç nə yoxdur.
İcra nümayəndələri ilə əlaqə saxlamışıq. Bizə bildirdilər ki, büdcədə pul yoxdur. Eyni sözü Qax İcra nümayəndəliyindən də bildirdilər. Həmin şəxslər Xəzər Dəniz Donanmasında işləyib, ordan da döyüşə gediblər. İdarənin koridorunda lövhə vurulub. Amma şəhidlər ziyarət olunmur.
Şəhid Ağayev Natiq Tağı oğlu isə Lənkəran rayonunun Liman qəsəbəsində dəfn olunub. Qeyd edim ki, sinə daşı belə yoxdur. Kasıb bacısı var. Yaşadığı ev 1920-ci ildə çiy kərpicdən tikilib.