İNGİLTƏRƏDƏ ERMƏNİ-AZƏRBAYCAN DAVASI ÇIXDI
Tarix: 10-11-2012, 11:05 |
Çap et
TƏLƏBƏLƏR ARASINDA MÜBAHİSƏ YARANIBXəbər verdiyimiz kimi bir neçə gün bundan əvvəl qondarma “erməni soyqırımı”nın tanınması üçün İngiltərənin Mançester Universitetində təhsil alan erməni tələbələri tədbir keçiriblər. Öz yalanlarını İngiltərədə yaymaqda israrlı olan erməni balaları, valideynlərindən geri qalmamaq üçün universitetin tələbə həmkarlarına “soyqırımı”nın tanıdılması ilə bağlı müraciət ünvanlayıblar. Erməni tələbələr bununla bağlı universitetin rəsmi səhifəsində məlumat yerləşdirmələrini və mütəmadi olaraq universitetdə tədbirlər keçirilməsini istəyiblər.
İngiltərənin Sunderland Universitetinin magistr tələbəsi Zəka Muradov Modern.az saytına bildirib ki, dünən Mançestr Universitetində azərbaycanlı, türk və erməni tələbələri arasında keçirilən qondarma “erməni soyqırımı” ilə bağlı debatlarda gərgin mübahisələr gedib. Tədbirin sual-cavab bölümündə azərbaycanlı və türk tələbələri tarixi sənədlərə və faktlara söykənərək erməni tərəfin tələbələrinə verdikləri suallarla onların yalanlarını üzə çıxara biliblər.
Sonra isə universitetdə təhsil alan digər tələbələr də debatda öz fikirlərini bildiriblər. Azərbaycanlı və türk tələbələr tarixi sənədləri universitetdə bu məsələ ilə maraqlanan xarici tələbələrə təqdim ediblər. Sonda qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı keçirilən səsvermə azərbaycanlı və türk tələbələrin qazandığı səs çoxlüğü ilə başa çatıb. Yalançı soyqırımı ifşa edən azərbaycanlı və türk tələbələri öz haqlı iddialarını sübut edə biliblər.