YAPONİYADA PARLAMENT BÖHRANI
Tarix: 16-11-2012, 11:04 |
Çap et
BAŞ NAZİR AŞAĞI PALATANI BURAXDIYaponiyanın baş naziri Yesixiko Noda noyabrın 16-da ölkə parlamentinin aşağı palatasının buraxıldığını elan edib. Beləliklə, Yaponiyada növbədənkənar parlament seçkisi keçiriləcək. Baş nazir seçkini dekabrın 16-na təyin edib. Seçkiqabağı kampaniya dekabrın 4-dən başlanacaq.
“Media forum” saytı xəbər verir ki, hökumətin noyabrın 16-da keçirilən iclasında aşağı palatanın buraxılması qərarını bütün nazirlər təsdiqləyib.
Sənəd imperatora təqdim olunacaq.
Növbədənkənar seçki hakim Demokrat Partiyasını hakimiyyətdən uzaqlaşdırmağa çalışan müxalifətin təzyiqlərinə görə keçirilir.