İRAN SƏFİRLİYİNƏ HÜCUM OLDU
Tarix: 29-11-2012, 11:27 |
Çap et
MOLLA REJİMİNİN SƏFİRLİYİ DAŞ-QALAQ EDİLİBNoyabrın 28-i axşam saatlarında Almaniyanın paytaxtı Berlində İran səfirliyinə hücum olub. “Media forum” saytı xəbər verir ki, 30-a yaxın naməlum şəxs səfirliyin ərazisinə soxularaq binanı daşa basıb və İran bayrağını endiriblər. Hücum edənlərdən 10-u tutulub. Onların şəxsiyyəti açıqlanmır.
Hadisədən sonra Almaniyanın xarici işlər naziri Gido Vestervelle iranlı həmkarı Əli Əkbər Salehi ilə telefon əlaqəsi saxlayaraq üzrxahlıq edib. O İran səfirliyinin təhlükəsizliyi üçün əllərindən gələni edəcəklərini vurğulayıb.