ŞOK: AXCP ÜZVÜ HƏBS OLUNMASI ÜÇÜN POLİSƏ GETDİ
Tarix: 6-12-2012, 12:28 |
Çap et
"MƏNİ HƏBS EDİN"AXCP üzvü Musa Rahim bu gün səhər saatlarında Nəsimi polisinə gedərək həbs olunmasını tələb edib.
Bu haqda Avropa.info-ya eksklüziv olaraq cəbhəçinin özü məlumat verib.Digər cəbhəçi Dəyanət Babayevə cinayət işi açılmasına etiraz əlaməti olaraq bu addımı atdığını deyən M Rahim artıq işi aparan müstəntiqlə danışdığını və bundan sonra polis idarəsinə gəldiyini bildirib."Dəyanət bəyə qaldırılan cinayət işi noyabrın 7-də gecə saatlarında baş vermiş hadisə ilə bağlıdır. Əslində, biz Fəvvarələr Meydanında gəzişərkən konkret olaraq mənə hücum olub.Dəyanət bəy isə sadəcə mənə hücum edən şəxsi aralaşdırmaq istəyib.Orada bizim tərəfdən heç bir xuliqanlıq hadisəsi baş verməyib.İndi mən gəlmişəm polis idarəsinə ki,əgər həqiqətən xuliqanlıq olubsa bu mənim üstümdə olub. Buyurun məni həbs edin.Amma bütövlükdə bu məsələylə bağlı Dəyanət bəyə cinayət işi açılması qanunsuzluqdur".
Xatırladaq ki, AXCP üzvü Dəyanət Babayev noyabrın 17-də "Parlament buraxılsın" tələbi ilə keçrilən aksiyada həbs olunmuş və 7 sutka inzibati həbs cəzası almışdı. Sonradan sutkalıq cəzası bitən gün ona cinayət işinin açıldığı bildirilərək həbsdə saxlanmışdı. DİN AXCP üzvünün noyabrın 7-də xuliqanlıq etdiyini bildirərək ona bu səbəbdən cinayət işi açıldığını deyir.Hadisə zamanı Dəyanət Babayevlə bərabər Musa Rahim və AXCP üzvü Elvin Baycan da orada olublar. Bir çox hüquq müdafiə təşkilatları və siyasi partiyalar isə bu ittihamları qondarma sayır.