LALƏ ŞÖVKƏT YAP-DAN CAVAB GÖZLƏYİR
Tarix: 14-12-2012, 10:02 |
Çap et
HAKİM PARTİYADAN SƏS-SƏMİR YOXDURHakim Yeni Azərbaycan Partiyası (YAP) Liberal Partiyasının Asiya ölkələrinin yeni təşkilatının yaradılması ilə bağlı təklifinə hələ də cavab verməyib. Bu barədə Modern.az-a ALP sədri Əvəz Temirxan məlumat verib.
Partiya sədri bildirib ki, Bakıda keçirilən Asiya Ölkələrinin Siyasi Partiyalarının tədbirində tərəfindən səslənən təklifə hakim partiya nümayəndələri isti münasibət göstərsələr də, sonradan buna əhəmiyyət verməyiblər.
“Yeni Azərbaycan Partiyasının rəsmiləri orada bunu çox təqdirəlayiq hal kimi qiymətləndirdilər. Dedilər ki, təklif daxili dəyərləndirmələrdən sonra münasibət açıqlanacaq. Amma bundan sonra bizə heç bir cavab verilməyib. Yəqin ki, bu haqda müzakirə də aparmayıblar”.
Qeyd edək ki, Azərbaycan Liberal Partiyası (ALP) Asiyada ATƏT-ə alternativ olaraq yeni ASTƏT (Asiyada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatı) adlı təşkilatının yaradılmasını təklif edib. Təkliflə bağlı ALP hakim Yeni Azərbaycan Partiyasına müraciət ünvanlamışdı. YAP-ın icra katibinin müavini, deputat Mübariz Qurbanlı Modern.az-a açıqlamasında təklifin dəyərləndiriləcəyini bildirmişdi.