
KEÇMİŞ DEPUTAT ŞEİR PAYLAŞDI
Məlum videoqalmaqalla bağlı Yeni Azərbaycan Partiyasından çıxarılmış eks-deputat Gülər Əhmədova özünün Facebook səhifəsində keçmiş köməkçisi Əhməd Şahidovun “Təbriz” şeirindən bir parça paylaşıb.
“Ürəyim qan ağlayır sən yadıma düşəndə,
Mənim ana laylamın ilk kəlməsisən, Təbriz!
Səni yadlar elində, yadlarla görüşəndə,
Hayqırıram göylərə, hayqırıram yerlərə
Təbriz, Təbriz, ey Təbriz!”
Qeyd edək ki, G.Əhmədova iki gün əvvəl YAP-ın BDU şöbəsindən üzvlükdən xaric olunub.