Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir .....                     İrəvan KTMT-dən imtina etdi, .....                     Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı .....                     David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... .....                     COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək .....                     Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir .....                     ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib .....                     Ermənistanın daxili işlər naziri istefa verib .....                     “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı .....                     Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? .....                     Paşinyan Vatikana gedib .....                     Abxaziyada gərginlik səngimir .....                     Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... .....                     “Milli Məkan” layihəsi ilə bağlı narazılıq .....                     Bu məktəblərdə dərslər daha tez başlayacaq .....                     Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB .....                     Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini .....                     Ermənistanın militarizasiya siyasətinə cavab olaraq .....                     Yeniyetmə özünü 13-cü mərtəbədən atdı .....                     Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında .....                     Tramp sülh müqaviləsinə vasitəçi olacaq? .....                     Hərbi xidmətdən yayınan gənc həbs edildi .....                     Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı .....                     Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır .....                     "Referans Pharmaceuticals" da ölkədən çıxarılan .....                     Bayden gedərayaq TRAMPA QUYU QAZDI... .....                     Bələdiyyə sədri EL YOLUNU SATDI... .....                     “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi .....                     Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI .....                     ADAU-da `EGE YEYİNTİSİ`... .....                     ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir .....                     Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR .....                     Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! .....                     Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib .....                     Məcnun müəllim bu sahəyə nəzər salmazsa... .....                     Naxçıvanda deputatların maaşı artıb .....                     Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... .....                     Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? .....                     “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var .....                     Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... .....                 

MİLLƏT VƏKİLİ QAN BATIRIR
Tarix: 17-12-2012, 12:40 | Çap et
MİLLƏT VƏKİLİ QAN BATIRIR
MƏRHUMUN YAXINLARI ÇARƏSİZ QALIB

Öldürülən Səttar Həşimovun qanını batıran da məhz millət vəkili Xanhüseyn Kazımlıdır; Məhz deputatın əlaqələri nəticəsində bu gün Səttar Həşimovun əsil qatili Ağəddin Mikayılov sərbəst gəzir və hər yerdə «öldürmüşük, əcəb etmişik», deyərək mərhum Səttar Həşimovun yaxınlarına acıq verir…

2011-ci il dekabrın 14-də Billəsuvarın Ovçubərə kənd sakini Həşimov Səttar Həşim oğlu öz həmkəndlisi Mikayılov Nazim Allahşükür oğlu tərəfindən güllələnilib. Yaralı rayon xəstəxanasına gətirilib və 13 gündən sonra Bakıda Respublika Kliniki Xəstəzanasında keçinib. Mərhumun qatilinə isə bu yaxınlarda məhkəmə tərəfindən 1 il 6 ay həbs cəzası verilib.

Bu barədə PİA.AZ-a müraciət edən mərhum Həşimov Səttar Həşim oğlunun yaxınları bildiriblər ki, iki güllə yarası alan və bundan sonra vəhşicəsinə döyülən Səttarın qanını batıran şəxslər Biləsuvar Ovçubərə kəndinin ərazi nümayəndəsi Ağaddin Mikayılov, Biləsuvar İcra Hakimiyyəti başçısının birinci müavini Akif Kazımov və Biləsuvardan millət vəkili seçilmiş Xanhüseyn Kazımlıdır.

PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Səttar Həşimov qıçından iki güllə yarası alıb və Biləsuvar Mərkəzi Xəstəxanasında yatdığı 10-gün müddətində huşu başında və tam anlaqlı vəziyyətdə olub. Buna baxmayaraq bu müddət ərzində rayonun hüquq mühafizə orqanları zərəçəkmişdən heç bir izahat almayıblar. Baş verən hadisəni isə zərərçəkmiş və mərhum Səttar Həşimov yaxınlarına deyib ki, Nazim Mikayılov onu güllə vurduqdan sonra səhv etdiyini anlayıb və həyətinə gətirərək yaralarını sarımağa çalışıb. Bundan sonra isə Nazimin atası Allahşükür, əmisi Ağaşükür, əmisi oğlu Məhəbbət hadisə yerinə gəliblər. Allahşükür Mikayılov (bu şəxs Ovçubərə kənd ərazi nümayəndəsinin müavinidir, yəni Ovçubərə kəndində dövlət hakimiyyəti bir ailənin əlində toplanıb) əmisi oğlu, Ovçubərə kənd ərazi nümayəndəsini Ağəddin Mikayılovu hadisə yerinə çağırıb. Hadisə yerinə gələn Ağəddin Mikayılov isə yaralıya işgəncə verməyə başlayıb. Mərhum öz yaxınlarına billdirib ki, Ağəddin Mikayılov onun daxili orqanlarına təpiklə ağır zərbələr endirib və bundan sonra aldığı zərbələrdən mərhum huşunu itirib. Mərhum bunun səbəbini isə tez-tez Ağəddin Mikayılovun özbaşınalıqları və qanunsuz əməlləri ilə bağlı rayon rəhbərliyinə və Bakıda əlaqədar orqanlara şikayət etməsi ilə bağlayıb.

Məlumatda bildirilir ki, mərhum Səttar Həşimov alıdğı güllə yaralarından deyil, məhz iç orqanlarının ağır zədələnməsi nəticəsində dünyasını dəyişib və ona bu zərbələri endirən şəxs isə məhz Ovçubərə kənd ərazi nümayəndəsini Ağəddin Mikayılov olub. Ona görə də mərhumun qohumları hesab edirlər ki, Səttar Həşimovun qatili Nazim Mikayılov deyil, onun əmisi oğlu, Ağəddin Mikayılovdur.

Şikayətçilər onu da qeyd edirlər ki, Nazim Mikayılova əvvəl Azərbaycan CM-nin 132-ci, adam döymə maddəsi ilə iş açdılar. Dünyasını dəyişəndən sonra isə yüngül xəsarət yetirən şəxs kimi onun işini 132-ci maddəni 127-yə dəyişdilər.
Qanunsuz tüfəng gəzdirmə, tüfənglə atəş açıb qəsdən adamöldürməyə cəhd və digər məqamlar istintaq dönəmində və məhkəmə iclasında nəzərə alınmayıb. Şikayətçilər həmçinin qeyd edirlər ki, rayon xəstəxanasından müvafiq sənədləri ala bilmirlər. Klinik xəstəxanadan onlara verilən rəydə isə qeyd olunub ki, mərhum 2 güllə yarası alıb.

Məlumatda bildirilir ki, nümayişkaranə şəkildə insanı güllələyən, ona işgəncə verən şəxslərin arxayınçılığı səbəbsiz deyil. Çünki qatil Nazim Mikayılov məşhur xanəndə, şoubiznesin «dayı»sı Teymur Mustafayevin bacısı oğludur. Onun əsil qatili, Ovçubərə kənd ərazi nümayəndəsini Ağəddin Mikayılov isə millət vəkili Xanhüseyn Kazımlıya arxalandığından heç kimi saymır və açıq-aşkar deyir ki, öldürmüşük, əcəb eləmişik.

Şikayətçi tərəf qeyd edir ki, Azərbaycan Prezidentinə, Daxili İşlər nazirinə, Baş Prokurora, MT nazirinə və digər əlaqədar təşkilatlara müraciət etsələr də, bir çox rəsmilərin, o cümlədən, rayon rəhbərlərinin qəbulunda olsalar da, şikayətlərinə baxan yoxdur

Məlumatda Ovçubərə kənd ərazi nümayəndəsini Ağəddin Mikayılov haqqında geniş məlumat verilir. Bildirilir ki, Ağaddin Mikayılov 2007-ci ilin oktyabrından Ovçubərə kəndində ərazi nümayəndəsi işləyir. Ağaddin Mikayılov ixtisasca alim-aqronomdur. Əvvəllər kolxozda aqronom-entemoloq və sədr müavini vəzifələrində çalışıb. İşlədiyi dövrdə dəfələrlə töhmət və şiddətli töhmətlər alıb. O, 1999-cu ildə, bələdiyyə seçkiləri zamanı kənd bələdiyyəsinə üzv seçilib.

Lakin bələdiyyə üzvləri ilə yola getmədiyinə görə 8 nəfər bələdiyyə üzvünün iştirakı ilə 29 mart 2001-ci ildə ona şiddətli töhmət verilib. Bələdiyyə üzvləri, eləcə də yerli sakinlər arasında nüfuzunu itirdiyi üçün növbəti bələdiyyə seçkilərində namizədliyini versə də, seçicilər ona səs verməyib. Lakin A. Mikayılov xalqın səsi ilə kəndə rəhbər gələ bilməsə də, icra başçısının sərəncamı ilə bu kəndin ərazi nümayəndəliyini ələ keçirib.

2004-cü ildə Ağaddin Mikayılov adam döymək üstündə həbs olunub və haqqında məhkəmə qərarı qüvvəyə minib. Məhkəmə Mikayılova Cinayət Məcəlləsinin 132-ci maddəsinə əsasən şərti cəza verib və əmək haqqının 10 misli dövlət nəfinə tutulmaqla cəzalandırılıb.

Qeyd olunur ki, Ağaddin Mikayılov hazırkı ərazi nümayəndəsi vəzifəsinə öz dədə malı kimi və gəlir mənbəyi kimi baxır. Belə ki, müavini, əmisi oğlu, Səttar Həşimovu tüfənglə iki dəfə atəş açaraq yaralamış Nazim Mikayılovun atası Allahşükür Mikayılovla birləşərək, onun adına şişirdilmiş rəqəmlərlə əkilməyən torpaqları sənədləşdirərək əkinə görə külli miqdarda pul yardımını mənimsəmişdir. Bunu bilən kənd sakini İmanverdi Ağayev rayon rəhbərliyinə rəsmi məlumat verib. Rayon İcra Hakimiyyəti öz nümayəndəsinin bu qanunazidd əməllərinə göz yumsa da, prokurorluq məsələyə daha ciddi yanaşaraq qanunsuz yolla mənimsənilmiş pulu dövlət büdcəsinə ödətdirmişdir.

Hazırda isə bu adam kənddə at oynadır. Asdığını asır, kəsdiyini kəsir, öldürdüyünü də öldürür. Bütün bunlara isə ona görə cəzasız həyata keçirə bilir ki, Ovçubərə kənd ərazi nümayəndəsi Biləsuvar İcra Hakimiyyəti başçısının birinci müavini Akif Kazımov və Biləsuvardan millət vəkili seçilmiş Xanhüseyn Kazımlının yaxın adamdır. Bildirilir ki, öldürülən Səttar Həşimovun qanını batıran da məhz millət vəkili Xanhüseyn Kazımlıdr. Məhz deputatın əlaqələri və müəyyən orqanlardan xahiş etməsi nəticəsində bu gün Səttar Həşimovun əsil qatili Ağəddin Mikayılov sərbəst gəzir və hər yerdə «öldürmüşük, əcəb etmişik», deyərək mərhum Səttar Həşimovun yaxınlarına acıq verir.

ikayətçilər iddia edirlər ki, Ağəddin Mikayılov hər həftə sonu Xanhüseyn Kazımlı ilə görüşmək üçün Bakıya gəlir. Bildirilir ki, 2010-cu il seçkilərində Xanhüseyn Kazımlının xeyrinə seçkinin nəticələrini saxtalaşdırmaq üçün Akif Kazımov və Ağəddin Mikayılov çox böyük «işlər» görüblər. Ona görə də millət vəkili Ağəddin Mikayılovun bir sözünü iki eləmir.

Məlumatda o da qeyd olunur ki, Ağəddin Mikayılovun əsas hamisi , Biləsuvar İcra Hakimiyyəti başçısının birinci müavini Akif Kazımovdur. Vəziyyət hətta o yerə çatıb ki, bir çox cinayətlərdə adı hallanan Ağəddin Mikayılov Biləsuvarın İcra başçısı Mahir Quliyevi belə saymır. Xatırladaq ki, Ağəddin Mikayılov bir neçə həftə əvvəl ondan şikayət edən Ovçubərə kənd sakinlərinə: "Gedin mətbuata və dövlət qurumlarına etdiyiniz şikayətlərdə yazın ki, Ağaddın Mikayılov qazandıqlarını icra başçısına verir. Bəli, mən bu pulları dədəmə vermirəm, 90 %-ni Mahir Quliyevə yedizdirirəm".

Məlumatda bildirilir ki, Ağaddın Mikayılovun bu sözləri mətbuatda dərc olunduqdan sonra icra başçısı Mahir Quliyev onu cəzalandırmaq istəsə də, Akif Kazımovun və Xanhüseyn Kazımlının öz sevimlilərini müdafiə etdiklərinə görə, icra başçısı öz nümayəndəsinə heç bir şey edə bilmir. Hazırda Ovçubərə kəndində Mahir Quliyevin sözü qətiyyən keçmir və bu kənddə Akif Kazımovun və Xanhüseyn Kazımlının dəstəyi ilə Ağaddın Mikayılovun tiraniyası hökm sürür.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24
İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23
Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08
David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02
COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55
Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46
ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45
Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44
“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42
Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30
Paşinyan Vatikana gedib
Bu gün, 11:27
Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25
Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23
“Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19
Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15
Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10
Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07
Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04
Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03
Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00
Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59
Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57
Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51
Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50
"Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36
Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35
Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31
“Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23
Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19
ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10
ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04
Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57
Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55
Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50
Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49
Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43
Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40
Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38
“Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32
Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21
`R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18
Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14
Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00
Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58
Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56
"Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54
Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43
İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41
İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru