SƏBAYEL MƏHKƏMƏSİNDƏ ÖZBAŞINALIQ
Tarix: 25-12-2012, 11:02 | Çap et
MƏHKƏMƏ İCRAÇISI QANUNLARI SAYA SALMIRAzərbaycanda məhkəmə-hüquq sistemində təkmilləşdirilmə aparılmasına baxmayaraq bu gün bəzi mənmurlar hələ də bu sistemin adına ləkə gətirən hərəkətlər edir. Bəzi məhkəmələr, o cümlədən məhkəmə icraçıları hələ də vətəndaşları süründürməçiliyə salır, vəzifə səlahiyyətlərindən sui-istifadə edib insanların heysiyyatı ilə oynayır. Təəssüflər olsun ki, bu cür icra məmurları barədə hələ də ciddi tədbir görülmür. Redaksiyamıza müraciət edən Bakı şəhər sakini Qənirə Hüseynova da bu cür süründürməçiliyə məruz qalıb. Məhkəmə icraçıları neçə illərdir ki bu qadını get-gələ salır, onun xeyirinə çıxarılan məhkəmə qərarlarını icradan yayınır. Bəli, söhbət bir deyil, bir neçə məhkəmə qərarından gedir. İllər boyu min bir zülmlə qazandığı pulla aldığı qanuni mülkiyyətinə bu gün bəzi dələduzların və məsuliyyətsiz məhkəmə icraçılarının özbaşınalığında sahib çıxa bilmir. Qənirə xanımın dediyinə görə, o 2008-ci ildə paytaxtın Səbail rayonu, A. Məmmədov küçəsi, 82 saylı evin 5 və 6 saylı mənzilləri ev sahibi Feyruz Əliyevdən alıb. Alqı-satqı qanuni yolla həyata keçirilib və ev sahibinin heç bir etirazı olmayıb: “Hadisə belə olub. Feyruz Əliyev oğlum Elşənlə 2005-ci ildə özlərinin və bizim evi banka girov qoymaqla oradan pul götürüb. Razılaşmaya görə, hər iki tərəf banka aylıq pul ödəməli idilər. Bir müddətdən sonra məlum oldu ki, Feyruz Əliyev banka pul ödəmədiyindən banka ödəniləcək pul faizilə artıb. Eyni zamanda, onun banka pul ödəməməsi bizim də bankda olan girov evimiz problemli şöbəyə göndərilib və hər iki ev Feyruz Əliyevin məsuliyyətsizliyindən bankda batır. Həmin vaxt Feyruz mənzili bizə satmaq qərarına gəldi. Razılaşma əsasında 147 min dollar onun mənzilinin, 200 min dollar isə öz evimizin yerinə ödəyib evləri girovluqdan çıxardıq. Feyruz Əliyev razılaşma əsasında həmin pulu bizə qaytara bilmədiyi üçün əvəzində mənzili könüllü olaraq bizə verdi. Bununla bağlı bizimlə onun arasında alqı-satqı aparıldı, özünün və ailə üzvlərinin razılığı ilə ev bizim adımıza sənədləşdirildi. Lakin, bir müddət qalmağa yerləri olmadığı üçün Feyruz ailəsi ilə həmin evdə qalmağı xahiş etdi və biz də ona icazə verdik. Amma, bir müddətdən sonra məlum oldu ki, Feyruz Əliyev evdən çıxmaq istəmir və pulun ona bağışlanmasını istəyir. Məsələ ilə bağlı Feyruz və onun ailə üzvləri ilə danışıqlar aparsaq da, o mənzildən çıxmayacağını bildirdi”.
Cavabdeh susdurulur, icra məmuru “xod” gedir
Qənirə xanım deyir ki, məsələ ilə bağlı 2009-cu ildə onlar məhkəməyə müraciət edib. Məhkəmə tərəfləri dəfələrlə prosesə dəvət etsə də, qarşı tərəf heç bir səbəb göstərmədən proseslərə qatılmayıb. Amma, cavabdehin vəkili prosesdə iştirak edib. 2009-cu il martın 31-də Səbail rayon Məhkəməsinin hakimi Famil Nəsibovun sədrliyi ilə məhkəmə istintaqı yekunlaşıb və və iddia təmin edilib. Məhkəmə cavabdehin təcili mənzildən çıxarılması və evin qanuni mülkiyyətçinin istifadəsinə verilməsi barədə qərar çıxarıb. Qərarla razılaşmayan qarşı tərəf sənəddən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi şikayəti rədd edib. Cavabdehin kassasiya şikayəti də əsassız sayıldığı üçün Ali Məhkəmə tərəfindən bu şikayət də rədd edilib və birinci instansiya məhkəməsinin qəırarı qüvvədə qalıb.
Ali Məhkəmənin iki qərarı bir icraçının əlində oyuncağa çevrilib
Ali Məhkəmənin qərarından sonra iş məhkəmə tərəfindən icra olunmaq üçün Səbail rayon məhkəmə icraçılarına göndərilsə də, Feyruz Əliyev icraçılarla “dil tapıb” qərarın icrasını dayandırıb. Məhkəmə icraçıları da bu məqsədlə işi icra etməkdən yayınıb. Bir müddətdən sonra məlum olub ki, qarşı tərəf, yəni Feyruz Əliyev hansısa yolla Səbail rayon məhkəməsində iddia qaldırıb və evinin dələduzluq yolu ilə əlindən alındığını iddia edib. Amma, məhkəmə bu dəfə də onun yalanlarını üzə çıxarıb. Feyruz Əliyev iddia edib ki, guya məhkəmə prosesindən məlumatsız olub, Səbail rayon Məhkəməsi ondan xəbərsiz qərar çıxarıb. Prosesdə məlum olub ki, məhkəmə dəfələrlə cavabdehi prosesə dəvət etsə də, o prosesdə iştirakdan imtina edib. Bunu məhkəmə şahidləri də təsdiqləyib və iddia rədd edilib. Qərardan verilən apellyasiya və kassasiya şikayətləri də yenidən rədd edilib və qərar yenidən icra üçün məhkəmə icraçılarına göndərilib. Qənirə Hüseynova deyir ki, iki dəfə onun xeyirinə qərarlar çıxarılmasına, bütün məhkəmə instansiyaları mənzilin boşaldılmasına qərar versə də, cavabdehlər evdən çıxmaq istəmir: “Dəfələrlə məhkəmə icraçılarına müraciət etsəm də heç bir xeyri yoxdur. İcraçılar yalnız onu bəhanə edirlər ki, cavabdeh mənzildən çıxmır. Maraqlıdır, cavabdeh qərarı icra etsəydi, bəs bu məhkəmə icraçıları nəyə lazım idi? Elə bu icraçılar mübahisəli məsələlər üçündür, onlar da işlərini icra etmir. Bütün instansiyalar hamısı bizim xeyirimizə qərar çıxarıb, əlimizdə qanuni qüvvəyə minmiş iki məhkəmə qərarı var. Məhkəmə icraçıları isə Azərbaycan Respublikası adından çıxarılan qərarları saymır. Hər dəfə gedəndə bir bəhanə ilə icradan yayınırlar. Bu məmurlar barədə niyə bir tədbir görülmür?”
Gözə kül üfürmək və ya icra məmuru cavabdehdən tələb yox, xahiş edir
Şikayətçinin dediyinə görə, dəfələrlə təkiddən sonra məhkəmə icraçıları “gözə kül üfürmək” kimi bir hərəkət edib. Belə ki, icraçılar Qənirə xanımı 2 il süründürəndən sonra iddiaçının əl çəkmədiyini görüb cavabdehə-Feyruz Əliyevə tələb deyil, təklif göndərib. Çox yumşaq halda yazılmış təklifdə icraçılar Feyruz Əliyevdən xahiş ediblər ki, evi boşaltsın. Səbail rayon icra şöbəsinin icra məmuru Əziz Hacıbalayevin Feyruz Əliyevə göndərdiyi təklifdə yazılıb: “10 gün müddətində qətnamənin icrasını könüllü olaraq təmin etməniz, bu müddət ərzində mübahisəli mənzildən çıxmağınız və tələbkar Qənirə Hüseynovanın əməli istifadəsinə verməniz Sizə təklif olunur. Əks halda qərarın icrası qanuna müvafiq məcburi qaydada icra ediləcək”.
Təklif 2012-ci ilin avqust ayının 10-da cavabdehə göndərilib. Amma, hələ də icra məmurunun göstərdiyi 10 gün “bitməyib”. İcra vərəqəsindən 5 aydan artıq vaxt keçməsinə baxmayaraq icrac məmurları hələ də həmin ünvana gedib cavabdehin mənzili tərk etməsini tələb etmir. Nəticədə Qənirə Hüseynovanın hüquqları hər gün pozulur. Qənirə xanım deyir ki, təklifdən sonra məhkəmə icraçıları bir dəfə də olsun həmin ünvana getməyib və mübahisəli mənzilin boşaldılmasını tələb etməyib: “Mən başa düşə bilmirəm, məhkəmə icraçısı vəzifəsini niyə icra etmir? Məhkəməni saymır, yoxsa Azərbaycan Respublikası adından çıxarılan qərarı? İcra məmurunun vəzifəsi birbaşa qərarı icra etmək olduğu halda, Səbail rayon məhkəmə icraçıları bizə meydan oxuyur, nə şikayətdən qorxmur, nə də heç kimdən. Hər dəfə onlara müraciət edəndə icra məmurları bizi əliboş yola salır, mübahisəli mənzili boşaltmaq istəmir. Artıq iki ildən yuxarıdır ki, məhkəmə icraçıları tərəfindən süründürülürəm. Artıq səbrimiz tükənib. Hara, kimə şikayət edəcəyimizi bilmirik”. Hüquqları kobud pozulan Qənirə xanım çarəsizlikdən prezident İlham Əliyevə, xanımı Mehriban Əliyevaya və ədliyyə naziri Fikrət Məmmədova müraciət edib məhkəmə icraçılarının özbaşınalığına son qoyulması və pozulmuş hüquqlarının bərpasını xahiş edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
|