“ADAMA ELƏ GƏLİR Kİ, APARICI BRAZİLİYA KARNAVALINDAN QAÇIB”
Tarix: 17-11-2011, 12:41 |
Çap et
STİLİST SAMİR ƏLİYEV DƏ NARAZI İMİŞ
Populyar stilist Samir Əliyev Azərbaycan telekanallarındakı aparıcıları tənqid edib.
Day.Az-ın verdiyi məlumata görə, o, teleaparıcıların makiyajı lazım olduğundan artıq etdiyini, həmçinin geyimlərini düz seçmədiklərini söyləyib.
"Hansısa verilişə baxırsan və adama elə gəlir ki, aparıcı Braziliya karnavalından qaçıb. Hətta bəzi müğənnilər də makiyajı onlarınkı qədər etmir", - deyə stilist bildirib.