Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                     Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                     "Burada Ermənistan bir bəhanə və bir vasitədir" .....                     Naxçıvan MSK-nın üzvləri seçilib .....                     “Makron niyə Bakıya gəlmədi?... .....                     "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm" .....                     Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                     Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” .....                     "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" .....                     MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub .....                     Dağlıq ərazilərdə qar yağacağı gözlənilir .....                     Azərbaycanda iki kollecə təyinat olub .....                     10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət .....                 

RAMİZ MEHDİYEVLƏ ƏLİ HƏSƏNOV MƏHKƏMƏYƏ
Tarix: 10-01-2013, 08:53 | Çap et
RAMİZ MEHDİYEVLƏ ƏLİ HƏSƏNOV MƏHKƏMƏYƏ
ƏVƏZ ZEYNALLI BU TƏLƏBİ İRƏLİ SÜRDÜ

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə məhkəmə prosesi keçirilib.
Gozetci.az portalının məlumatına görə, prosesə Ə.Zeynallının yaxınları ilə yanaşı Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu, hüquq müdafiəçiləri Oqtay İsgəndərli, İradə Cavadova, Samir Kazımlı, Oqtay Gülalıyev, Rəsul Cəfərov, həbsdən yeni çıxan keçmiş vicdan məhbusu Vidadi isgəndərli, "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, jurnalist Sərdar Əlibəyli, Əfqan Muxtarlı, RATİ-nin rəhbəri Emin Hüseynli, siyasi məhbus Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin həmsədri Rafiq Cəlilov və digər ictimai şəxslər qatılmışdılar.

Ə.Zeynallı bildirdi ki, hazırkı proses onun işi ilə bağlı serialın 32-ci hissəsidir. Ə.Zeynallı məhkəmə prosesinin uzadılmasına etirazını bildirərək dedi ki, ötən il dekabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində dörd, dekabrın 30-da isə isə heç bir məhkəmə prosesi keçirilməyib. Ə.Zeynallı ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı videoqalmaqallarda adı hallanan Sevinc Babayevanın qətli ilə bağlı da çıxış etdi. O, ötən il iyulun 2-də məhkəməsinə şahid qismində qatılan Gülər Əhmədovanı müşayət edənlərdən birinin də Sevinc Babayeva olduğunu xatırlatdı: "Biz o vaxt onu tanımırdıq. Sonra Elşad Abdullayev həmin videonu yayandan sonra bildik ki, o Gülərlə məhkəməyə gələn xanımdır. O, bax orada, (əli ilə zaldakı skameykanı göstərir) ikinci cərgədə əyləşmişdi".

Ə.Zeynallı S.Babyevanın zalda əyləşdiyi yerdə əyləşənlərin oradan qalxmasını və ora qərənfil qoymağı xahiş etdi. Hakim buna etiraz edərək, "belə olmaz! Kim onun xatirəsini anmaq istəyirsə, məzarını ziyarət etsin!” dedi. Ə.Zeynallı isə etiraz edərək, “Belə olmaz!” sözünü S.Babayeva və G.Əhmədova zalda kükrəyərək onun üzərinə gələn zaman deməli olduğunu vurğuladı: “İndi hamı danışır. Amma Gülər iyulun 2-də bura gələndə, burada hoqqabazlıq edib, üstümə cumanda heç ona “olmaz” demirdiniz”.
Sonra Ə.Zeynallı S.Babayevanın oğlu Ayxan Məmmədovun mətbuata verdiyi müsahibəyə istinad edərək, anasının Gülər Əhmədova tərəfindən zəhərlənərək öldürüdüyünü dedi: “Sevinc Babyevanı Gülər zəhərləyib. Mənim də öldürülmə planım olduğunu deyəndə siz buna inamırdınız”.
Bu zaman prokurur Ramazan Hadıyev Ə.Zeynallının çıxışına etiraz edərək bildirdi ki, bu onun işinə aid olmayan məsələdir.
Ə.Zeynallı Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən G.Əhmədovanın əhəmiyyətsiz bir ərizəsinə və lent yazısına görə həbs edildiyini prokurorun və hakimlərin diqqətinə çatdırdı: “Nədir, sabah bu qadın həbs olunanda da məndən əl çəkməyəcəksiniz? Necə yəni mənim işimə aidiyyatı yoxdur? Onda məni kim həbs elətdirib, nəyin əsasında 15 aydır ki, məni həbsdə saxlayırsınız?” Prokuror isə Ə.Zeynallının sözünü kəsərək “Siz törətdiyiniz əməllərinizə görə, həbs olunmusunuz” dedi.

Ə.Zeynallı:
- Hansı əməllərimə görə? Yoxsa artıq yuxarıdan tapşırıq almısınız ki, məni buradan da şərləyib həbs etdirəsiniz? Siz bu qədər cinayətdə əli olan bir adamı 5 aydır ki, həbs edə bilmirsiniz, buna cürətiniz çatmır. Sizin diliniz qısa olmaq əvəzinə, üstümə yalan ittihamlar calamağa hazırlaşırsınız. Məhkəmə hələ bitməyib, sizə bu cür bəyanatlar verməyi kim tapşırıb?

Prokurur:

- Bizim dilimiz qısa deyil.

“Qısadır! Özünüz məndən də yaxşı bilirsiniz bunu” deyən Ə.Zeynallı hakimdən prokurora nəzarət etməyi xahiş etdi.
Ə.Zeynallı G.Əhmədovanın məhkəyə gətirilməli oldyuğunu qeyd etdi: “O məlumat da təsdiqləndi ki, Gülər sərhədi keçərkən Qırmızı körpü keçid məntəqəsində saxlanılıb. Sonradan məlum oldu ki, Gülər Əhmədova polis nəzarətindədir. İndi onu məhkəməyə daha rahat gətirmək olar”. Hakim R.Allahverdiyeva isə bildirdi ki, G.Əhmədovanın nəzarətdə olduğu hələ onlara bəlli deyil: “O məsələyə baxılıb”.

Ə.Zeynallı:

- Gülər Əhmədova 100 min manata ev dustaqlığı aldığını deyir. Belədirmi, hörmətli prokuror? Bəs, mən ev dustaqlığı almaq üçün sizə nə qədər verməliyəm?

Prokuror:

- Hansı haqla camaatı ittiham edirsiz?

Ə.Zeynallı:

- Mən ittiham edirəm? Adam öz dili ilə açıq ittihamlar səsləndirir, mən də məcbur sizdən soruşuram, bu məhkəmələrdən ev dustaqlığını 100 minəmi alırlar? Güləri müdafiə etdiyiniz üçün diliniz qısa olmalıdır.

R.Hadıyev:

- Mən onu yox, ittihamı müdafiə edirəm.

Ə.Zeynallı:

- Kimin ittihamını? Özü haqqında saysız-hesabsız cinayət işi açılan bir adamın saxta ittihamını nəzərdə tutursunuz? Hələ onun cinayətlərini araşdırın, sonra mənim əməllərimdən danışın.

Ə.Zeynallı çıxışına davam etdi: “Elşad Abdullayevin açıqlamaları var. G.Əhmədovanın mütəşəkkil cinayətkar dəstə ilə işlədiyi ortaya çıxıb. Bu dəstənin başında da Ramiz Mehdiyev durur. Onun qardaşı Mayıs Mehdiyev Elşad Abdullayevla görüşəndə Ramiz Mehdiyev zəng edib ki, Elşada de, Gülərdən əl çəksin. Yoxsa, işinə Korrupsiya komissiyasını göndərərəm, göndərib də... Məni də R.Mehdiyev başqa qurumların əli ilə həbs etdirə bilmədiyi üçün özünün Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs etdirdi. Bu xoşuna gəlməyən, maraqları toqquşan adamların hamısını korrupsiya qurumları ilə hədələyir. Bu fakt deyil nədir? Bu məsələlər mənim işimlə birbaşa bağlıdır”.
Daha sonra Ə.Zeynallı həbsindən əvvəl və sonra mətbuatda dərc olunan G.Əhmədova və özünün, Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun açıqlamalarını qəzet səhifələrindən oxuyaraq hakimə, “dəlil” kimi təqdim etdi. Ə.Zeynallı bildirdi ki, G.Əhmədova öncə onun şərəf və ləyaqətini alçaldan materiallar olduğunu ortada namus məsələsi olduğunu desə də, sonra verdiyi açıqlamalarda deyib ki, ortada çox xırda-para məsələlər olub: “Mediaforuma müsahibəsində o deyib ki, Ə.Zeynallı ilə aralarında namus məsələsi olmayıb, sonra da Gülər Rauf Arifoğluna və Eynulla Fətullayevə zəng edərək deyib ki, gördünüz də neynədim, qoy bir az ağıllansın, qazı alınsın. Hanı Gülər Əhmədova? Hardadır? İyulun 2-də o da bura yaman qazlı girmişdi, indi yoxdu. Onun da qazını aldılar. Mən dəfələrlə demişəm, bu gün də deyirəm ki, Gülər Əhmədova parlamentin Sevgiladəsidir. R.Mehdiyevin əxlaqsız deputatıdır...” Ə.Zeynallı daha sonra bildirdi ki, G.Əhmədova ən böyük uşaq alverçisi olub. Onun üzəduranlarından Rüxsarə Axundova İnsan Alveri Qurbanlarının Reabilitasiyasi Mərkəzinə rəhbər təyin olunub. G.Əhmədova əlinin altında istifadə etdiyi 25-30 qadınla yüksək çinli məmurların videosunu çəkib. Ona görə də açıqlamalarında “Mənim ağzımı açdırmayın” deyə hamını təhdid edir.
Prokuror onun sözlərinə müdaxilə edərək dedi ki, günahı olan insan cəzalandırılır.
Ə.Zeynallı isə cavabında, “günahı olan insanlar çöldə gəzir, günahsızlar isə həbsxanalardadır. Mən sizin də törətdiyiniz cinayətləri sübut edəcəm”.

Prokuror:

- Buna nail ola bilməyəcəksən.

Ə.Zeynallı:

- Onu da görəcik...

Zaldan gülüş qopdu.
Prokuror Ə.Zeynallıya dedi ki, zalda oturanlara sakitliyə riayət etməyi tapşırsın: “Ən qüvvətli sehrbazın qarşısında gipnoz olan xəstə güləndə sehrbaz acizləşir. Biz o sehrbazlardan deyilik”.

Ə.Zeynallı:

- Deməli siz özünüzü sehrbaz adlandırırsınız. Amma gipnoza düşən sehirbazlardan deyilsiniz deyirsiniz də...
Hakim Ə.Zeynallaının qəzetlər barədə xülasə verməsinə etiraz etdi. Ə.Zeynallı isə dedi ki, qanunlardan kənara çıxmadığını dedi və bildirdi ki, o, qəzetinin R.Mehdiyev tərəfindən bağlandığını sübut etməyə çalışır.
Daha sonra Ə.Zeynallının həbsi ilə bağlı hazırlanan hesabatlar məhkəməyə təqdim olundu. Ə.Zeynallının sözlərinə görə, onun işi ilə bağlı dörd cildrlik, 1200 səhifəlik cinayət işi ilə bağlı 1200 nəfərə cinayət işi açmaq mümkündür.
Ə.Zeynallı daha sonra məhkəməyə bir-birinin ardınca 15 vəsatət təqdim etdi. O, G.Əhmədovanın oğlu Toğrul Əhmədovun məhkəyə gətirilməsini xahiş etdi: “T.Əhmədov məhkəməyə yalan ifadə verərək, mənim onun anasından 26 min manat pul istədiyimi öz qulağı ilə eşitdiyini dedi. Amma mənimlə bağlı səs yazısında bu, təstiqini tapmadı”.
Ə.Zeynallı müstəntiq Qabil Qasımovun məhkəməyə çağırılması və onun barəsində də cinayıt işinin açılması tələbilə vəsatət təqdim etdi. O, bildirdi ki, istintaq zamanı ifadə verən şahidlərin ifadələri dəyişdirilib. Bunu müstəntiqin mənim vəkilimə fləşkartda verdiyi ifadə kopyası ilə cinayət işi materiallarında yer alan ifadələrin üst-üstə düşməməsi də sübut edir”. Baş redaktor dedi ki, o həbs olunandan sonra mobil telefonu əlindən alınsa da, telefonu 2012-ci il yanvarın 26-dək açıq olub. Onun telefonundan mesajlar yazılıb və mesaj qəbul olunub. Ə.Zeynallı həmçinin bildirdi ki, istintaq zamanı onun iş yerində olan seyfindən 300 dollar götürülüb. Ə.Zeynallı daha sonra G.Əhmədovanın istintaqda adını hallandırdığı Nigar Almanqınının şahid kimi məhkəməyə dəvət olunmasına dair vəsatət verdi. O, Nərimanov rayon Məhkəməsinin sabiq sədri Ağababa Ağababayevin də məhkəməyə şahid qismində dindirilməsinə dair vəsatət verdi: “Çünki mənim işimdə onun sədrliyi dövründə gedən məhkəmə prosesləri də daxil edilib. İndi məlum olub ki, elə o zamandan R.Mehdiyevlə birbaşa əlaqə olan bu adam bizim haqqımızda ədalətsiz və sifarişli qərarlar çıxarıb”.
Ə.Zeynallı Əli Həsənovun da şahid qismində məhkəmə prosesinə çağırılmasına dair vəsatət verdi: “Nüşabə Ələsgərlinin mənə qarşı iddia qaldırmasında “Xəmsə” restoranının rəhbəri Mürvət Həsənovun əli var. Əli Həsənov KİVDF-nin son iki ildə tədbirlərini “Xəmsə” də keçirib. Bu şəhərdə başqa restorn yoxdur, bəyəm? Bu da onun göztəricisidir ki, üzümə duran bu adamın həm Vüqar Səfərli, həm də Əli Həsənovla özəl münasibətləri var. Bura gəlsinlər və suallarıma cavab versinlər. Həbsimdən əvvəl Gülər Əhmədovnın telefonuna gələn-gedən zənglər və SMS-lərin də siyahısı çıxarılsın. Mən əminəm ki, həmin günlər Əli Həsənovun Gülərə neçə dəfə zəng etdiyinin şahidi olacağıq. Ekspertlər Fuad Rəsulov, İlhamə Quliyeva da məhkəməyə çağırılsın. Onlar Hitlerin kitabının tərcüməsində də yanlış rəy verən admlardırlar. Artıq neçənci dəfədir ki, üzümə dururlar. Sabir Tarıverdiyev, Aydın Heydərov da yenidən məhkəməyə gətirilsin. Mürvət Həsənovun ifadəsində kəskin ziddiyətlər olduğundan o da məhkəməyə çağırılmalıdır”. Ə.Zeynallı jurnalist Aynur İmranovanın da məhkəmə prosesinə şahid qismində çağırılmasını istədi. Baş redaktor bildirdi ki, istintaq saxlanılarkən baş redaktorun telefonunun üzərində olmadığını bildirib. Ə.Zeynallı isə sonuncu dəfə həbs olunandan 10 dəqiqə əvvəl A.İmranova ilə danışdığını dedi. Baş redaktor digər şahidlərinin dəməhkəmədə dindirilməsinə dair də vəsatət verdi.
Sonda Ramiz Mehdiyevin , Əli Həsənovun, Gülər Əhmədovanın məhkəməyə gətirilməsi, gəlməsələr, barələrində məcburən məhkəməyə qətirilmələrinə dair qərar çıxarılması ilə bağlı vəsatət verdi.
Proses yanvarın 16-sə saat 14:00-da davam edəcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru