AĞSU RAYONU BİR TAYFANIN ƏSARƏTİ ALTINA VERİLİB
Tarix: 15-01-2013, 10:51 | Çap et
SEYİDƏLİYEV-MÜSLÜMOV KLANININ İŞLƏKLƏRİ
DİA.AZ: - Ötən günlərdə Ağsu rayonu və onun rəhbərliyi haqda yazı dərc etmişdik. Mövzu ilə bağlı araşdırmalarımızda yeni faktlara rast gəldik. Bu rayonun problemləri təəssüflər olsun ki, həqiqətən də son dərəcə kritik həddə çatmaq üzrədir. Götürək elə ötən ilin mart ayında taxıl əkininə görə subsidiyaların verilməsi, daha doğrusu verilməməsi ətrafında yaşanmış qalmaqalları.
Xatırlatmaq istərdik ki, hələ o zaman DİA.AZ-a Ağsu sakinləri tərəfindən təqdim olunan məlumatlarda bildirilirdi ki, ayrılmış vəsait rayon rəhbərliyi tərəfindən həyata keçirilmiş maxinasiyalar nəticəsində mənimsənilmişdir. Sakinlər öz ərizələrində vəziyyəti belə təsvir edirdilər: "Sentyabr ayında taxıl əmişik. Kənd Təsərrüfatı Nazirliyi fermerlərə əkilən hər bir hektar taxıla görə 40 manat subsidiya ayırıb. Hər il, gec də olsa, subsidiyalar verilirdi. Bu il də Maliyyə Nazirliyi həmin kompensasiyaları köçürüb. Lakin rayonda subsidiyalar yoxa çıxıb. Kompensasiyalar qonşu rayonlarda artıq fermerlərə verilsə də, Ağsuda bu kompensasiyalardan hələ də xəbər yoxdur. Ümidlərimiz bu pula idi. Həmin pullar da müəmmalı halda mənimsənilib. Milləti ayağa qalxmağa vadar edirlər. Rayonda, kəndlərdə iş yerləri yoxdur ki, gedək işləyək. Tikinti-quruculuq adı ilə rayonda bir neçə şəxsi obyektlər tikirlər ki, bunun da camaata heç bir xeyri yoxdur. Alacağımız pensiya və subsidiyalardır, bu pulları da bu cür mənimsəyirlər".
Əlbəttə ki, rayonda baş vermiş bu özbaşnalığa görə məsuliyyət daşımalı olan vəzifəli şəxslərdən heç kim cəzalandırılmadı. Bu isə təbii olaraq yeni qanun pozuntularına rəvac vermiş oldu. Bu gün də yerli hakimiyyət orqanları tərəfindən törədilən özbaşınalıqlar rayon ictimaiyyətinin narazılığını getdikcə artırmaqdadır. Yaydığımız məlumatlarda biz dəfələrlə bu məsələyə toxunaraq Ağsu sakinləri tərəfindən redaksiyamıza ünvanlanmış çoxsaylı şikayət məktublara istinad etmişdik.
Həmin məlumatlarda da təsdiq olunur ki, rayonda adi hal olmuş ciddi qanun pozuntularının baş verməsinə görə bütün məsuliyyəti Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev şəxsən özü daşıyır. Məlum olduğu kmi rayonun bütün məsul rəhbər vəzifələri də məhz Ənvər Seyidəliyevin qohumları və həmkəndliləri arasında bölüşdürülmüşdür. Biz bu faktı da dəfələrlə qeyd etmişdik ki, Ə.Seyidəliyev Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun doğma dayısıdır. İcra başçısı isə bu faktdan məharətlə yararlana bilir. Ənvər Seyidəliyev rayonda yeritdiyi kadr siyasəti ilə belə bir əminlik yaratmaq istəyir ki, Ağsuda onun özünün doğulduğu Pirhəsənli kəndindən başqa kəndlərin əhalisinin hansısa işdə işləmək, vəzifə tutmaq hüququ yoxdur.
Bu fikir də məhz rayon sakinləri tərəfindən bizə ünvanlanmış məktublarda dəfələrlə və xüsusi olaraq vurğulanıb. S.Müslümov və Ə.Seyidəliyevin qohumları isə vəziyyətdən sui-istifadə edərək rayonda əməlli-başlı ağalıq edirlər. Bu şəxslərin sahib olduqları vəzifələrin siyahısını təkrar diqqətinizə çatdırmaqla biz Ağsunun həqiqətən də tayfa işğalına məruz qaldığını bir daha göstərmək istəyirik. Belə ki, "Kapitalbank"ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev Ənvər Seyidəliyevin doğma qardaşıdır. Səlim Müslümovun bibisinin əri isə Ağsu rayon əmək və əhalinin sosial müdafiəsi mərkəzinin rəisidir. Rayonun maliyyə şöbəsinin müdiri Radim Müslümov isə Səlim Müslümovun qardaşıdır. Ağsu bazarı RİH başçısının başqa bir qohumu Varis Nəzərovun nəzarətindədir. Ənvər Seyidəliyevin qardaşı Fazil Seyidəliyev Ağsu rayon polis şöbəsinin rəis müavinidir. Ağsu kommunal təsərrüfat birliyinin rəisi də icra başçısının başqa bir yaxın qohumudur.
Beləliklə də qarşılıqlı sığortalanmalarını təmin etmiş məmurlar rayon sakinlərinin şikayət edə biləcəkləri bir instansiyanı belə nəzarətsiz qoymamışlar. Ölkə rəhbərliyinə isə Ağsudakı vəziyyət barədə dezinformasiya xarkterli məruzələr təqdim olunur. Ə.Seyidəliyevin rayonda yeritdiyi bu yolverilməz siyasət isə artıq Ağsuda intihar hallarına da yol açmışdır. Hətta yeni il ərəfəsində sakinlərin kütləvi etiraz aksiyalarına başlayacaqları barədə məlumat almış İcra başçısı yeganə çıxış yolu kimi gizlənməyi seçmişdi. Bir müddət gözə görünməmək qərarına gəlmiş Ə.Seyidəliyev yaxınları vasitəsilə Ağsunu tərk etməsi barədə rayonda məlumatın yayılmasını da təşkil etmişdi.
Mövzunu davam etdirəcəyik
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|