GÖYÇAYDA BİR AİLƏ AZƏRBAYCANDAN İMTİNA EDİR
Tarix: 16-01-2013, 08:45 | Çap et
DƏHŞƏT DOLU FAKTLAR
DİA.AZ: - Göyçay rayon sakinləri olan Rəhmanovlar ailəsi hüquq müdafiəçisi Taleh Xasməmmədova müraciət ediblər. DİA.AZ-a bununla bağlı məlumat daxil olub.
Məlumatda deyilir ki, Rəhmanovlar ailəsi son 2 il ərzində müxtəlif qanunsuzluqlarla üzləşərək sonunda 5 ailənin 13 üzvü əsassız məhkəmə qətnaməsi ilə zorla evlərindən çıxarılmaqla evsiz qalıblar. Ailənin 5 üzvü azyaşlı uşaqlardır. Z.Tağıyev küçəsi ev 93 ünvanında yaşayan Rəhmanovlar ailəsi kirayə evlərə köçməklə yaşayırlar. Artıq yaşayışı çətin durumda olan ailə üzvləri ölkə prezidentinə və Türkiyə səfirliyinə müraciət edərək Azərbaycan Respublikası vətəndaşlığından imtina və qonşu dövlətdən sığınacaq almaqdan başqa yol qalmadığını bildiriblər.
Hadisələrin təfərrüatı bundan ibarətdir ki, 24 avqust 2010-cu il tarixində 1974-cü il təvəllüdlü Göyçay rayon sakini ll qrup əlil olmuş qarabag müharibəsi iştirakçısı Rəhmanov Fuad Şıxı oğlu kiçik sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədi ilə “Zaminbank” ASC-nin Göyçay filialından 20 000 (iyirmi min) manat kredit götürmək məqsədi ilə özünün və mülkiyyətçi atasının razılığı ilə yaşadiqları evi girov qoymaqla həmin məbləğdə ipoteka kreditini bankdan götürmüş olur.
Hər ay 1000 (min) manat olmaqla 3(üç) ay normal ödəniş etmiş borclu Rəhmanov Fuadın səhhətində qəfil problemlər yaranır . Həkimlər ona ciddi müalicə almağı və işləməməyi məsləhət bilirlər. Fuadın ambulator stasionar tibb kartından da görünür ki, o “dilin infiltratı” yarası xəstəliyindən ciddi əziyyət çəkir və o çəkisinin yarısını itirmiş olub.10 may 2011-ci il tarixində Mingəçevir şəhərində əməliyyat olunmuş Fuadın səhhətində heç bir irəliləyiş olmayır, tibb komissiyasının rəyinə əsasən I qrup əlil hesab olunub və 06 sentyabr 2011-ci il tarixində həmin xəstəlikdən dünyasını dəyişib.
Rəhmanov Fuad və bank arasında bağlanmış ipoteka müqaviləsində zamin şəxs atası Rəhmanov Şıxı Abdulhəmid oğlu olmuşdur. Göyşay şəhər İnzibati Ərazi Nümayəndəliyindən Göyçay rayon Z.Tağıyev ev 93 ünvanında qeydiyyatda olub yaşayanların sayı barədə arayışda Fuad və atasının adı qeyd edilmişdir. Qeydiyyatda olan digər 9 nəfər şəxs barəsində isə heç bir qeyd göstərilməmişdir. Həmçinin həmin ünvanda azyaşlı uşaqların olması da qeyd olunmamışdır. Bir sözlə bankla müştəri arasında bağlanmış formal müqavilədən digər ailə üzvləri xəbərsiz olmuşdur. Bu neqativ hal məhkəmədə müəyyən olduqda Göyçay şəhər İnzibati Ərazi Nümayəndəliyi yenidən Göyçay şəhər Z. Tağıyev ev 95 qondarma ünvanında 11 nəfər şəxsin olduğu barədə saxta arayış vermişdir. Hansı ki, belə bir ünvan mövcud deyil. Rəhmanovlar ailəsinə məxsus bir ünvan var o da ki, ev 93. Hakim Elxan Babayev bütün qanunsuzluqları bilsə də həmin ünvanda qeydiyyatda olanların hüuqlarını pozmaqla qətnamə qəbul etmiş nəticədə də həmin ailə üzvləri evlərindən çıxarılaraq kirayələrə üz tutmuşlar. Bankla müqavilədə 60 000 (altmış min) manat dəyərində qiymətləndirilmiş əmlak məhkəmə çəkişməsindən sonra 40 000 manata hərraca çıxarılmış ikinci hərracda isə 25 500 manata satılmışdır.
Fuadın ölümündən sonra “Zaminbank” ASC cərimə faizləri ilə şişirdilmiş 25 500 manat pulu onun ailə üzvlərindən tələb etmiş və Göyçay rayon məhkəməsində iddia qaldıraraq girov qoyulmuş evin onlardan alınması və həraca çıxarılması üçün tələblər irəli sürmüşdür. Borcun ödənilməsindən onun yaxın qohumları imtina etməyiblər. Rəhmanovlar ailəsi məhkəmədən onlara vaxt verilməsinini və ya borcun hissə-hissə ödənilməsini xahiş etsə də məhkəmə hakimi Elxan Babayev onlara qarşı qərəzli mövqe tutmaqla ciddi qanun pozuntularına yol verməklə qətnamə qəbul etmişdir. Nəticədə iddiaçı bankın maraqları təmin olunaraq borclu ailənin xahişləri rədd edilmiş olub.
Hüquq müdafiəçisi Taleh Xasməmmədovun sözlərinə görə İpoteka Haqqında Qanuna zidd bir çox qanunsuzluqlar olmuş və buna görə də məsuliyyət heç bir orqanın üzərinə yönəlməmişdir. Həmçinin hərraca çıxarılma qaydaları da pozulmuşdur. Bütün çatışmamazlıqların aradan qaldırılması üçün ədalətli məhkəmə qərarlarına ehtiyac duyulsa da buna məhəl qoyulmamışdır. Mülki Məcəllənin tələblərinə zidd olaraq Rəhmanovlar ailəsinin bütün üzvlərinin yaşayış sahəsindən istifadə hüququna hansı əsasla xitam verildiyini isə anlamaq çox çətindir.
İpoteka haqqında qanunda nəzərdə tutulub ki, İpoteka müqaviləsi bağlanarkən, ipoteka qoyan ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməlidir. Bu vəzifənin yerinə yetirilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir.
Qeydiyyat orqanı, onun vəzifəli şəxsləri və əməkdaşları qeydiyyat qaydalarının pozulması nəticəsində maraqlı şəxsə vurduqları zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İpoteka kağızı ilə ipoteka müqaviləsi arasında uyğunsuzluq olduqda, ipoteka kağızının qanuni sahibi onun ləğv edilməsini və eyni zamanda yeni ipoteka kağızının verilməsini tələb edə bilər. İpoteka kağızının qanuni sahibi bu cür uyğunsuzluğu aşkar etdiyi halda dərhal ipoteka qoyana, o, üçüncü şəxs olduqda, həmçinin əsas öhdəlik üzrə borcluya məlumat verməlidir. İpoteka kağızını tərtib edən göstərilən uyğunsuzluqla və onun aradan qaldırılması ilə əlaqədar zərərə görə məsuliyyət daşıyır.
Hərracla bağlı hərəkətlərə gəldikdə isə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Bundan əlavə elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır.
Hərracın sifarişçisi də Göyçay rayon məhkəməsinin İcraçılar Bölməsinin rəisi Abdurrəhmanov İlqar olmuşdur ki, o da məhkəmə qətnaməsinin icrasına tələsmiş və bankın maraqlarına uyğun işlərə həvəsli olduğundan kasıb bir ailənin əmlakının gizlincə hərraca çıxarılıb satılmasında fəal iştirak etmişdir. Hərrac barədə heç bir məlumatı olmayan Rəhmanovlar ailəsi onlara qarşı bu cür amansızlığı düşünə bilməmişdilər.
İnsanlığa qayğı və diqqət göstərmək bacarığından uzaq hakimin qərarı belə də olmalıdır. Onun az da olsa insafı olsaydı , böyük bir ailənin əmlakının qorunması və onların gələcək taleyi barədə düşünərək məsələnin başqa yönümdə həllinə çalışardı. Mərhum Fuad Rəhmanova məxsus borcu ödəyəcək dəyərdə onun ticarət obyekti də olub. Həmin obyektin evin əvəzində götürülməsi təklifi də olduğu halda hakim yenə də evin hərraca çıxarılmasını üstün tutub. Hansı ki, ipoteka müqaviləsinin düzgün olmadığını nəzərə alaraq müqaviləyə xitam verilməsi və ya dəyişdirilməsi, borcun hissə-hissə ödənilməsi və ya başqa bir əmlak üzərinə həbsin qoyulması üçün şərait və imkanlar olub. Həmçinin qeydiyyatda olanlarla bağlı arayışın saxta olduğunu bilərək əsassız yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi qərarı hakimin ciddi səhvlərindəndir. Bununla yanaşı sözü gedən ünvanda qeydiyyatda olan bir neçə nəfər haqqında məhkəmə qaydasında yaşayış sahəsindən istifadə hüququna xitam verilməsə də, onlar da evdən zorla çıxarılıaraq eyni aqibətlə üzləşiblər.
Məgər Mülki Məcəllənin bir ziddiyətli maddəsi böyük bir ailə olan azərbaycan vətəndaşlarının həyat şəraitindən önəmlidirmi? Bir hakimin istəyinə görə II qrup qarabağ müharibəsi əlilinin ölümündən sonra onun həyat yoldaşı , 1 yaşlı övladı, 72 yaşlı valideynləri və yaxın qohumları küçəyə atılmalı idimi? Budurmu ədalət?
Yuxarıda qeyd olunan səbəblərdən Rəhmanovlar ailəsi ölkə vətəndaşlığından imtina etməyi qərarlaşdırıblar. Onlar son 2 il ərzində əsl faciə yaşadıqlarını və belə haqsız, qanunsuz işləri ağıllarına gətirmədiklərini qeyd ediblər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
|