
SƏBƏB KEYFİYYƏTSİZ BALIQDIR
Azərbaycanın Sumqayıt şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib.
APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, noyabrın 18-də Sumqayıt şəhəri Təzə Kotec qəsəbəsi ərazisindən, qəsəbə sakinləri Rəşad Hacıyev, onun oğlu 3 yaşlı Ərşad, İlkin Ələkbərov, Şəhanə İbadova və onun bacısı Gülbanu yedikləri balıqdan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.