Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu .....                     Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb .....                     Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib .....                     Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı .....                     Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını .....                     ATƏT böhran içində, MQ isə “yaşayır” .....                     20 yaşlı qadın doğuş zamanı öldü .....                     ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı .....                     Ermənistan Bakıya nümayəndə göndərməməklə... .....                     “Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” .....                     Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? .....                     Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. .....                     AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib .....                     Qərbin agent-provokatoru ifşa edildi .....                     Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri .....                     Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri .....                     "Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" .....                     Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu .....                     “Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” .....                     AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib .....                     Trampın komandasında KİM OLURSA-OLSUN... .....                     XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... .....                     Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... .....                     İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... .....                     Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... .....                     Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... .....                     "Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" .....                     Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... .....                     “Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU .....                     Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... .....                     Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! .....                     Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir .....                     “Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” .....                     Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? .....                     Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur .....                     Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır .....                     Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi .....                     "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub .....                     TAKSİ DƏLƏDUZLUĞU... .....                     Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü .....                 

“ALİ BAŞ KOMANDANDAN XAHİŞ EDİRƏM Kİ”...
Tarix: 21-11-2011, 15:13 | Çap et
“ALİ BAŞ KOMANDANDAN XAHİŞ EDİRƏM Kİ”...

“MƏN YALNIZ BİR YOL GÖRÜRƏM: HƏRBİ YOL”

- Azərbaycan ordusunun cəmiyyətdə tutduğu mövqeyi necə qiymətləndirirsiniz?

- Dövlətin dəyəri onun ordusu ilə ölçülür. Ordunun dəyəri isə onun zabiti ilə. Bu dəyərlərə qiymət verilməlidir. Zabitlər Azərbaycan xalqının göz bəbəkləri olmalıdır. Amma görürük ki, hər şey tərsinədir və bütün bəlalarımız da buradan başlayır. Zabitlərimizin nə evi var, nə eşiyi, nə də dolanışığı. Zabit bilmir ki ailəsi harda qalsın, necə qalsın. İcarə haqqı normal deyil.
Hesab edirəm ki, cəmiyyətdə orduya baxış sistemi dəyişilməlidir. Ali Baş Komandanın əmrləri, göstərişləri, çoxsaylı qanunlar yerinə yetirilməlidir. Ərazisinin 20 faizi işğal olunmuş dövlətin say-seçmə oğulları bu gün hərbi məktəb oxumağa meylli deyillər. Bütün bunlar niyə araşdırlmır?

- Kim araşdırmalıdır? Sizə elə gəlmir ki orduda bu qədər problemlər var, ona görə də gənclər zabit olmaq istəmir?

- Bu ordunun problemi deyil axı. Bu cəmiyyətin problemidir. Ali hərbi məktəbdə oxuyanlara 100 manat pul verilir, pulsuz dəftər-kitab, pal-paltar verilir. Niyə oxumaq istəmirlər? Müqayisə üçün götürsək FHN, MTN, DSX və DİN akademiyalarına çox güclü axın var. Amma Azərbaycan Ali Hərbi Məktəbində təhsil almağa isə çoxları meylli deyil. Qəbul balını da endirib 100 elədilər, amma xeyri olmur. Belə balla daxil olanlardan zabitmi çıxar?!

- Sizcə problem necə həll olunmalıdır?

- Ali Baş Komandandan xahiş edirəm ki, Azərbaycanda ordu ilə bağlı qəbul olunmuş bütün qanun və qərarların yerinə yetirilməsinə nəzarəti təmin eləsin. İlk növbədə qəbul olunmuş qanunlar həyata keçiriməlidir. Bu gün qanunlar ordunu birinci yerə, məmurlar isə axırıncı yerə qoyur. Korpus komandiri dövlət qulluqçusu statusu ala bilmir, halbuki hər hansı rayon rəhbəri və ya onun köməkçiləri dövlət qulluqçusu statusunu alırlar. Sabah müharibə başlasa 6-7 rayon rəhbəri korpus komandirinin rəhbərliyi altına keçəcək. Kənardan baxan görür ki, gələcək zabitlərə, yaralılara, əlillərə bu cür münasibət var, o heç gedərmi orduya?

Bu gün elan olunur ki, döyüş bölgəsində xidmət edən zabitlər arxada xidmət edənlərdən 2 dəfə çox maaş alır. Belədirsə, niyə onların həyat səviyyəsi aşağıdır? Çünki onların məvaciblərinin əhəmiyyətli hissəsi vergilərə gedir. Beləliklə, zabitlər heç də ikiqat məvacib almırlar. Əgər zabit 800 manat məvacib alırsa, vergi tutulandan sonra bu məvacib 680-670 manata qədər azalır. Arxada xidmət edən zabit isə 450 manat alır, ondan cəmisi 40 manat vergi tutulur, amma onlara əlavə olaraq 60 manat ərzaq pulu verilir. Beləliklə, müqayisə ediləndə arxa və ön cəbhədə xidmət edən zabitlərin təminatı arasında ciddi fərq olmadığı üzə çıxır. Zabitlərdən gəlir vergisi tutulur, bu pullar büdcəyə gedir və sonra yenidən zabitə qaytarılır. Belə olanda zabitdən gəlir vergisi tutmağa lüzum varmı?!

Məmurlar özlərini prezidentə yaxşı göstərmək üçün bildirirlər ki, aşağı 3-4 faizlə ipoteka ilə zabitlərə ev veriləcək. Amma qanun var ki, zabitlərə mütləq ev verilməlidir. Belə olanda ipoteka məsələsi anlaşılmazlıq yaradır: əgər ipoteka qaydasında zabitlərə öz pulları ilə ev verilsə, onda onlara qanunamüvafiq pulsuz ev verilməyəcək. Bütün bunlar sona qədər düzgün düşünülməyib. Türkiyə ordusunda zabitlərin xidməti başa çatandan sonra onlara böyük məbləğdə pul verilir, onlar nə istəyirlər buna edə bilərlər, ev ala bilərlər, biznes qura bilərlər və s.

- Belə pessimist söhbətin fonunda ənənəvi sualı vermək istəyirıik. Sizcə yaxın vaxtlarda Qarabağda müharibə gözlənilirmi? Müharibə olsa Azərbaycan ordusu hansı müddətdə qələbə əldə edə bilər?

- Mənim subyektiv fikrimə görə, yaxın 1 il ərzində müharibə gözlənilmir. Amma bunun obyektiv səbəbləri də var. Ən böyük obyektiv səbəblərindən biri odur ki, Azərbaycan Avropa Şurasına daxil olan zaman bu problemi sülh yolu ilə tənzimləmək öhdəliyi götürüb. O səbəbdən müharibə yolunu yaxınlaşdırmaq üçün hər hansı zəmin yaratmaq lazımdır, o zəminə doğru getmək lazımdır ki, dünya ictimaiyyətinə nümayiş etdirəsən ki, bu məsələ divara dirənib. Amma bu yolda iş getmir.

- Bəs Siz problemin həllini necə görürsünüz?

- Mən yalnız bir yol görürəm: hərbi yol. Əgər danışıqlar yolu ilə Qarabağ qayıtsa, ölkə rəhbərinə brillyantdan heykəl qoymaq lazımdır ki, o qədər insanımız sağ qalacaq. Müharibəni ən çox sevməyən zabitlərdir. Biz bilirik ki, müharibə nə deməkdir. Bu anaların gözüyaşlı qalmasıdır, bacıların qardaşsız qalmasıdır, evlilərin dul qalmasıdır və s...

- Əgər müharibə olsa tərəflərin qələbə potensiallarını necə qiymətləndirirsiniz?

- Döyüş elə bir şeydir ki, onu əla planlaşdırarsan, amma bir nüans bu planı heç edər. Və yaxud bir ürəkli oğlanın hərəkətləri qələbəni yaxınlaşdırar. Amma müharibə elə şeydir ki, onu dövlət aparır, ordu yox. Dövlət buna tam hazırdırmı? Dövlət təkcə müharibə aparmalı deyil, beynəlxalq ictimaiyyəti, qonşuları buna hazırlamalıdır. Rusiya, İranın hazırlanması vacibdir. Müharibə başlasa təkcə hazırda orduda xidmət edənlər döyüşməyəcək, bütün millət döyüşəcək. Hazırıqmı? Hesablamalara görə, sülh vaxtının ordusu əhalinin 1-1,5 faizini təşkil edir, müharibə zamanı bu göstərici 10-12 faizə çatır. Yəni bu gün orduda olan əsgər əslində şagirddir. Tam öyrədiləndə ona hərbi bilet verilir. Müharibə başlayanda isə həmin 12 faizin hazırlığı söhbət mövzusu ola bilər. Yəni ki, müharibə zamanı manqanın 10 nəfərindən yalnız biri real hərbi xidmətdə olan olur, o isə patron, yemək daşıyır. Döyüşənlər isə səfərbərliklə çağırılanlardır. Beləcə dövlət müharibəyə hazır olmalıdır.

- Azərbaycan və Ermənistan ordularının real gücü necədir?

- Həmişə düşməni özündən ağıllı və güclü bilməlisən. Mütləq düşmənə ağılla yanaşmaq lazımdır. Əgər silah sayını müqayisə etsək, tankların, təyyarələrin sayı müharibənin gedişini həll edən məsələ deyil. Biz müharibəyə hazır olmalıyıq. Amma sabah müharibə başlasa nə Azərbaycan Yerevanı, nə də Ermənistan Bakını vuran deyil. Bəs onda S-300 kimi silahlar nəyə lazım?!

- Ermənilər Xankəndində aeroport açmağa hazırlaşrılar. Sizcə vəziyyət necə olacaq?

- Aeroport böyük ehtimalla açılacaq. Uçuşlar da yəqin ki olacaq. İlk növbədə Yerevana.

- Azərbaycanın buna reaksiyası necə ola bilər? Azərbaycan vura bilərmi o təyyarələri?

- Ermənilər nə deyirlərsə sonra onu edirlər. Qanunsuz seçkilər keçirirlər, indi də aeroportu açmağa hazırlaşıdlar. Azərbaycanın aeroporta enən və qalxan təyyarələri vurmağa tam hüququ çatır. Amma proqnoz vermək çətindir. Bilin ki, ordumuz həmişə müharibəyə hazırdır.

- Bu günlərdə Ermənistan Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəisi bir sıra açıqlamalar vermişdi. Doğrudan mı müharibə dövründə erməni kəşfiyyatı Azərbaycandan üstün idi?

- Kəşfiyyatın çox növü var. Onlardan biri də ordu kəşfiyyatıdır. Etiraf edək ki, müharibənin gedişatında -1992-93-cü illərdə radio-elektron kəşfiyyat ermənilərdə güclü idi. Rusiyanın bu prosesə dəstəyi olub-olmaması başqa söhbətin mövzusudur. Onu bildirim ki, erməni kəşfiyyatında çox dillərdən istifadə olunurdu. Amma bircə talış dilini eşitməmişdim. Efiri bağlayıb yalan informasiyalar buraxırdılar. Kiçik birləşmələrimizi azdıra bilirdilər. Amma hazırda Azərbaycan ordu kəşfiyyatı baxımından üstün hesab edilə bilər. Yeri gəlmişkən, əgər erməni general kokteyl söhbəti edibsə, artıq o kəşfiyyatla məşğul olmadığını etiraf edib. Kəşfiyyatçılar belə danışmırlar.

- Sizcə bu gün Azərbaycan və Ermənistan orduları baş-başa gəlsələr nəticə necə ola bilər?

- Kənar ölkələr, xüsusilə də Rusiya qarışmasa Azərbaycan Ermənistan ordusunu milçək kimi məhv edər. Yox əgər Rusiya qarışsa, onda vəziyyət çox gərginləşə bilər. Amma əminəm ki, Gürcüstandakı olaylardan fərqli olaraq Rusiya ordusu Azərbaycana qalib gəlmək üçün həddən artıq çox qan tökəcəklər.

Milaz.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19
Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18
Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16
Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01
Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59
ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55
20 yaşlı qadın doğuş zamanı öldü
Bu gün, 10:47
ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı - “Rolling Stone”
Bu gün, 10:46
Ermənistan Bakıya nümayəndə göndərməməklə... İTİRDİ...
Bu gün, 10:34
“Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” - FAKT BUDUR!
Bu gün, 10:24
Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? - AKTUAL
Bu gün, 10:22
Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. - “Yəqin, təraş vaxtıdır...”
Bu gün, 10:18
AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
Bu gün, 10:12
Qərbin agent-provokatoru ifşa edildi - Tiflis və İrəvanda Azərbaycana qarşı xüsusi əməliyyat
Bu gün, 10:05
Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri – Şok rəqəm
Bu gün, 10:01
Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri - FOTO, VİDEO
Bu gün, 09:58
"Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" - BU NƏDİ BELƏ?..
Bu gün, 09:48
Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 09:39
“Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” - Səmra
Bu gün, 09:35
AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib
Bu gün, 09:33
Trampın komandasında KİM OLURSA-OLSUN... - YOXSA?..
Bu gün, 09:25
XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... - Fransanın özündən, bir də “frankofon” Ermənistandan!
Bu gün, 09:24
Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:19
İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:16
Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... - Ekspert danışır...
Bu gün, 09:14
Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... - "Məni hər gün 20 manat cərimə edəcəksiniz?"
Bu gün, 09:09
"Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" - Çingiz Qənizadə
Bu gün, 09:02
Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... - Bizə qarşı bir bəhanədir...
Bu gün, 08:59
“Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU - ÖZBAŞINALIQ!
Bu gün, 08:55
Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... - Dİ GƏL YAŞA...
Bu gün, 08:52
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 08:49
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:48
“Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” - NƏ ETMƏLİ?
Bu gün, 07:35
Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? - Görünəni odur ki...
Bu gün, 07:22
Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur - İNCƏLƏMƏ
Bu gün, 07:19
Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00
Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54
"Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29
TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26
Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24
"Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22
Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26
Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23
"Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17
“Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09
Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06
Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02
Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14
Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11
Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru