JURNALİST FİKRƏT MƏMMƏDOVA MƏĞLUB OLDU
Tarix: 31-01-2013, 11:48 |
Çap et
ONUN NAZİRLİYƏ QARŞI ŞİKAYƏTİ TƏMİN EDİLMƏYİBBakı Apelyasiya Məhkəməsi jurnalist Nemət Orucovun (Hüseynli) apelyasiya şikayətini rədd edib. “Qafqazinfo” xəbər verir ki, Nemət Orucov (Hüseynli) Ədliyyə Nazirliyinin qeydiyyat və notariat baş idarəsinə qarşı iddia qaldırıb. Jurnalist iddia ərizələrində təsis etdikləri “İctimai Maraqların Müdafiə Mərkəzi” ictimai birliyinin qeydiyyata alınmamasınin qanunsuz hesab edilməsini və məhkəmə tərəfindən qeydiyyata alınması ilə bağlı qərar çıxarılmasını tələb edir.
Buna qədər 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi jurnalistin iddiasını təmin etməmişdi.
Jurnalistin vəkil Yaşar Ağazadə isə bildirib ki, apelyasiya şikayətinin təmin edilməməsi əsassız addım olub. Çünki şikayət əsaslı olub. Amma burada qarşı tərəf Ədliyyə Nazirliyi olduğundan və ictimai təşkilatların dövlət qeydiyyatına alınması siyasiləşririldiyindən apelyasiya instansiyası tabe olduğu nazirliyə qarşı çıxa bilməyib.
Vəkil deyib ki, bu iş üzrə onlar sona qədər hüquq davası aparacaq və Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklər.