“YUXULARIMDAN ÇOX QORXURAM”
Tarix: 22-11-2011, 11:41 | Çap et
“BELƏ ROLLARIN DA ÖHDƏSİNDƏN GƏLƏ BİLƏRƏM”
Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Gülər Nəbiyevanın Milli. Az xəbər portalına müsahibəsi.
Yəqin elə təsəvvür yaranacaq ki, məktəbli dövründə poeziyaya böyük maraq göstərmiş, sonradan isə həyatını aktyorluq sənətinə bağlamış müsahibləri məxsusi seçirəm. Amma burada nə bir qəribəlik var, nə də məxsusilik - teatr aləminə aid olan insanların əksəriyyəti eyni zamanda ədəbiyyatla da əlaqəlidirlər. Bu da təbiidir. Axı məlumdur ki, dillə eksperiment sənəti olan danışıq teatrı öz tarixinə malik olmaqdan savayı həm də ədəbiyyat tarixinin bir bölməsidir.
Bu dəfəki müsahibimizin də birinci ehtirası məhz ədəbiyyat, poeziya olub.
- Hələ Yevlaxın Yuxarı Bucaq kəndindəki orta məktəbdə oxuyanda poeziya məni çox cəlb edirdi. Tez-tez evdə bacı-qardaşlarımla Səməd Vurğunun “Vaqif” dramındakı personajları öz aramızda bölüşdürüb oxuyurduq. Məktəbi bitirəndən sonra APİ-nin Azərbaycan dili və ədbiyyatı fakültəsinə imtahan verəndə tarixdən kəsildim. Elə bil ki, əvvəldən sinif yoldaşlarıma APİ-nin giriş qapısından girib arxa qapısından çıxacam deməyim gerçək oldu - doğrudan da institutun arxa qapısından çıxdım. Məyus olduğumdan əsas çıxışı tapa bilmədim, ona görə arxa qapıdan çıxdım. Amma bu uğursuzluq poeziyaya marağımı azaltmadı. Nəzm əsərləri ilə dolu dəftərimi indiyə qədər saxlamışam.
- Öz yazdıqlarınızdır, yoxsa sevdiyiniz poetik parçalar?
- Öz yazdıqlarım da var, mənsur şerlər yazıram, çoxlu sevdiyim poetik parçaları da köçürmüşəm.
- Növbəti il sənədlərinizi İncəsənət İnstitutuna verdiniz?
- Yox, növbəti il elə Yevlaxda mühasiblik üzrə orta ixtisas təhsili aldım. Artıq üçüncü il nənəmlə Bakıya gələndə nə olar, olar, deyib sənədlərimi İncəsənət İnstitutuna verdim. - Görünür, valideynləriniz seçiminizə mane olmayıblar.
- Bəli, bu seçimə kəskin münasibət göstərmədilər. Atam dedi ki, get, amma nə vaxt istəsən qayıda bilərsən. Dedim, yox, gedib aktrisa olacam. Həm də qardaşım da aktyor olmaq istəyirdi. Amma nəsə iş elə gətirdi ki, alınmadı. Ona görə mənim incəsənət sahəsinə, özü də aktyorluğa getməyim təəccüb doğurmadı. Üçüncü kursda oxuyanda, 91-ci ildə Bakı Kamera Teatrı açıldı. Evdə dedim ki, o teatra aktrisa lazımdır. Beləliklə, truppaya daxil oldum.
Xoşbəxtəm ki, yaradıcılıq fəaliyyətimin ilk günlərindən Cənnət Səlimova kimi rejissorla, onun topladığı peşəkar truppa ilə çalışmaq imkanım olub və bu günə qədər də bu davam edir. Taleyimdən razıyam ki, kinoda ilk işim tanınmış rejissor Eldar Quliyevin filmində, özü də baş rollardan biri oldu. Həmin “Girov” filmini Hindistanda keçirilən festivalda təqdim etməyə də Eldar müəllim məni məsləhət görmüşdü. Çox maraqlı səfər idi - uşaqlıqdan hind filmlərindən tanıdığımız Hindistanda olmaq, aktyora əsl münasibəti görüb hiss etmək çox xoş idi.
- Kamera Teatrı az sayda olan spesifik teatrlarımızdan idi. Fərqliliyi elə təkcə adından bəlli olan Gənc Tamaşaçılar Teatrında özünüzü necə hiss edirsiniz?
- Əlbəttə, Kamera Teatrının özünəməxsusluğu elə zalının quruluşundan başlayırdı - tamaşaçının aktyorları digər aşağıdan yuxarı deyil, məhz yuxarıdan aşağı seyr etmək imkanına malik olması tamaşanın qavranmasına öz təsirini göstərirdi. Biz həmin tamaşaları indi burda da oynayırıq. Və həmin tamaşaçılar deyirlər ki, həmin effekti ala bilmədik. Ümumiyyətlə, belə teatrların yeri tamam ayrıdı. Mən tələbə olanda “YUĞ” teatrının bütün tamaşalarına gedib baxırdım. O tamaşalardan sonra insan həyata başqa cür baxmağa başlayır, elə bil qanadlanıb uçursan.
- Xaraktercə emosional, tez qərar qəbul edən insan təsiri bağışlayırsınız.
- Əksinə, bir qərara gələndən əvvəl çox düşünüb-daşınıram. Amma emosional olmağına emosionalam. O mənada ki, bir hadisə baş verəndə çox təsirlənirəm. Hərdən aktyor olmağıma peşman oluram. Çünki biz aktyorlar, məsələn, ekstrasenslər kimi ruhən çox açıq adamlarıq. Belə adamlara həyatda çox çətin olur, həssaslıqları üzündən əzab çəkirlər. Məsələn, mən yuxularımdan çox qorxuram. Dəfələrlə olub ki, yuxuda gördüyüm əhvalatla gerçək hadisə tam üst-üstə düşüb. Ya da misal üçün, biz “İtlər” tamaşasını oynayanda mən hər dəfə 20 Yanvar faciəsinin sarsıntısını yenidən yaşayıram. Ümumiyyətlə, hesab edirəm ki, aktyorla rolun, obrazın arasında bir yaxınlıq, paralellik olmalıdır. Personajın xüsusiyyətləri ilə aktyorun daxili aləmi üst-üstə düşməlidir.
- Bu, amplua çərçivəsinə aparıb-çıxarmaz ki?
- Yox, mən o mənada demirəm ki, aktyor ömrü boyu səhnədə, ya ekranda özünə bənzər insanların rolunu oynamalıdır. Məsələn, mən həmişə elə bilirdim ki, komik obraz mənlik deyil. Amma rəhmətlik İrina Perlova məndə bu bacarığı da gördü və məni inandırdı ki, belə rolların da öhdəsindən gələ bilərəm. Rejissordan çox şey asılıdır. Aktyorun istedadının heç özünün də xəbəri olmayan tərəfini o görməlidir.
- Bu cəhətdən teatrda bəxtiniz gətirib - repertuarınız bir-birinə heç oxşamayan rollardan ibarətdir.
- Elədir, teatrda bəxtim gətirib. Elə kino karyeramdan da şikayət edə bilmərəm. Amma çəkildiyim dörd filmin üçündə, “Girov”da da, “Qırxıncı qapı”da da, “Ölüm növbəsi”ndə də ana obrazlarını canlandırmışam. İstərdim ki, bundan sonrakı kino rollarım tamam fərqli olsun. Məsələn, çox istərdim ki, çılğın, güclü bir qadın obrazında çəkilim. Ümumiyyətlə, artıq kamera üçün çox darıxmışam.
- Görünür, çəkiliş meydançasında özünüzü rahat hiss edirsiniz.
- Bəli. Kamera qarşısında heç bir diskomfort his etmirəm. Amma çəkildiyim filmlərə baxa bilmirəm.
- Peşəsi səhnə fəaliyyəti ilə bağlı olan qadınlar ailə həyatlarının alınmamasını sənətləri ilə əlaqələndirirlər. Siz həm aktrisasınız, həm də poetik əhvallara qapılmağı xoşlayan insansınız. Yəqin ki, bu məsələyə aid fərqli qənaətləriniz var.
- Mən özüm gec ailə qurdum. Yoldaşım Eşqin Quliyev Kamera Teatrında da bizimlə işləyirdi, amma orada o, radist idi. İndi isə artıq aktyor kimi bir neçə rolda çıxış edib. Düşünmürəm ki, bu nikahın bir qədər gec baş tutması mənim sənətimlə bağlıdır. Deməli, qismət beləymiş. Mən Müasir Təhsil Kompleksində dərs də deyirəm. Orada hər cəhətdən tərifə layiq elə müəllimələr var ki, onlar da ailə həyatını gec qurublar. Onlar ki aktrisa deyillər. Dediyim kimi hər şey qismətə bağlıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
• İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03 |
|
|
|
• Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00 |
|
|
|
• “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56 |
|
|
|
• Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53 |
|
|
|
• Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52 |
|
|
|
• Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51 |
|
|
|
|