DİNDAR MƏHBUS HAQQINI ARAYIR
Tarix: 4-02-2013, 13:47 |
Çap et
HÖKMDƏN ŞİKAYƏT VERİLİBSabunçu Rayon Məhkəməsinin ictimai fəal Mehdi Şamilliyə çıxardığı hökmdən apellyasiya şikayəti verilib. Vəkil Cavad Cavadov “Media forum” saytına deyib ki, şikayətdə Mehdi Şamilliyə bəraət verilməsi tələb olunur.
Mehdi Şamilli ötən il avqustun 6-da Bakıda tutulub, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunub. Bu il yanvarın 24-də Sabunçu Rayon Məhkəməsi Mehdi Şamillini 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib.