FƏRHAD ƏLİYEVİ ŞƏRTLƏ AZADLIĞA BURAXIRLAR
Tarix: 8-02-2013, 14:33 |
Çap et
KEÇMİŞ NAZİR MƏHBƏSDƏN ÇIXDIQDAN SONRA VƏTƏNİ TƏRK ETMƏLİ OLACAQ
DİA.AZ: - Hazırda həbsdə saxlanılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin azadlığa buraxılacağı haqda məlumat əldə etmişik. Bu barədə şok xəbəri redaksiyamıza verən mənbə iddia edir ki, keçmiş nazir səhhətindəki problemlərlə əlaqədar Novruz Bayramı ərəfəsində azad edilə bilər.
DİA.AZ-a danışan qaynaq iddia edir ki, əslində Fərhad Əliyevin səhhətində yaşadığı problemlər qanunla onun azadlığa buraxılmasını tələb edir: «Amma bu qanunun indi işlər vəziyyətə salınması sabiq nazirlə iqtidar dairələri arasında razılığın əldə olunması ilə bağlıdır».
Xatırladaq ki, Fərhad Əliyev 2005-ci ilin 17 oktyabr hadisələri zamanı «dövlət çevrilişinə cəhd»də ittiham olunsa da, 2007-ci ildə iqtisadi cinayətkarlığa görə mühakimə olunub.
Məlumatlı mənbə iddia edir ki, Fərhad Əliyevlə gizli danışıqlar zamanı anlaşma əldə olunub və keçmiş nazir azadlığa çıxacağı halda Azərbaycanı tərk etməyə razılıq verib.