AMERİKA SURİYAYA PREZİDENT AXTARIR
Tarix: 18-02-2013, 10:24 |
Çap et
MÜXALİFƏTÇİ ABŞ-A DƏVƏT OLUNDUSuriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının rəhbəri Məaz əl-Xətib Amerikanın paytaxtı Vaşinqtona dəvət olunub. Bu barədə ictimaiyyətə Milli Koalisiyasının sözçüsü Vəlid əl-Bunni məlumat verib. Onun sözlərinə görə, Məaz əl-Xətib ABŞ dövlətinin dəvətini qəbul etsə də, səfərin vaxtı hələlik dəqiqləşməyib.
Qeyd edək ki, BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Əxzər əl-İbrahimi isə ötən gün Qahirədə təşkil etdiyi mətbuat konfransında bildirib ki, Milli Koalisiyanın rəhbəri gələn ay da Rusiyanın paytaxtı Moskva şəhərinə səfər edəcək. \ faktxeber.com \