GÜLƏR ƏHMƏDOVANIN MƏTBU FƏALİYYƏTİ DƏ BİTDİ
Tarix: 18-02-2013, 10:48 |
Çap et
«MERKEZ.AZ» PORTALI DAYANDI
DİA.AZ: - Bir həftə əvəl qolları qandallanan keçmiş deputat Gülər Əhmədova həm də «Mərkəz» qəzetinə və «merkez.az» portalına da rahbərlik edirdi. DİA.AZ xatırladır ki, Elşad Abdullayevin məlum videobombardmanının ilk günlərində «Mərkəz» qəzeti fəaliyyətini dayandırmalı oldu. Amma buna rəğmən «merkez.az» portalı fəaliyyətini davam etdirirdi.
İndi isə «merkez.az» portalı da fəaliyyətini dayandırıb. DİA.AZ bildirir ki, sonuncu dəfə 14 fevral tarixində yenilənən portal bununla da fəaliyyətinə nöqtə qoyub.