"ARTIQ GÜNÜ VƏ VAXTI DA DƏQİQLƏŞDİRMİŞİK"
Tarix: 26-11-2011, 10:52 |
Çap et
“BAŞIM ÇOX QARIŞIQDIR”
Azərbaycanın populyar müğənnisi Natavan Həbibi Milli.Az xəbər portalına verdiyi açıqlamasında “Leyli və Məcnun” müzikl proyektinin keçiriləcəyi məkandan xəbər verdi.
“Müzikl Heydər Əliyev Sarayında olacaq. Artıq günü və vaxtı da dəqiqləşdirmişik. Təqdimatın, dekabrın 17-də saat 20:00-da Heydər Əliyev Sarayında olacağı planlaşdırılıb. “Leyla və Məcnun” müzikl proyektinin reklam çarxı və saytı da tamaşaçılara təqdim olunub. Hazırda məşqlərlə ciddi məşğuluq. Başım çox qarışıqdır” - N.Həbibi dedi.
Son vaxtlar, başı yaman məşqlərə qarışan Natavan Həbibinin “Leyli və Məcnun” müzikl proyektinin fotosessiyasına hazırlıq zamanı çəkilən görüntüləri təqdim edirik.