CƏLİLABAD TƏHSİLİNİN ŞEFİ VƏZİFƏDƏN ALINDI
Tarix: 22-02-2013, 14:43 |
Çap et
ƏDALƏT ƏSGƏROVA CİNAYƏT İŞİ AÇILIR: EDİLƏN ŞİKAYƏTLƏR NƏTİCƏ VERDİ
DİA.AZ: - Elə bu dəqiqələrdə əldə etdiimiz məlumatlardan aydın olur ki, Təhsil Naziri Misir Mərdanov Cəlilabad rayon təhsil şöbəsinin müdiri vəzifəsində çalışan Ədalət Əsgərovu iki gün əvvəl vəzifəsindən azad edib. Bu barədə DİA.AZ-a TN-dəki qaynaqlar məlumat ötürüb.
Bildirək ki, Ədalət Əsgərov barəsində mətbuatda ən çox yazılar yazılan fiqur olub. Belə ki, Cəlilabad təhsilinə müsibətlər yaşadan Ədalət Əsgərovun yaratdığı özbaşına mühitdən yerli mətbuatda dəfələrlə şikayətlər yer alıb.
Məlumatı verən mənbə iddia edir ki, Ədalət Əsgərova məhz bu kimi fəaliyyətlərindən dolayı cinayət işinin açılması də mümkündür. Bildirək ki, Cəlilabad təhsili ilə bağlı bu günlərdə dövlət başçısına da müraciət edilmişdi və çox güman sözügedən müraciət ünvanına yetişib.