BU DƏFƏ SAYTLARIN OXUCULARI TƏHLÜKƏDƏDİR
Tarix: 27-02-2013, 09:47 |
Çap et
HAKERLƏR ONLARI HƏDƏFƏ ALIB
DİA.AZ: - Son zamanlar xəbər portallarının haker hücumlarına məruz qalması bir ənənə halını alıb. Bu yöndə təhlükəsizlik tədbirlərinin yetərincə olmaması onlayn xəbər xidməti təklif edən redaksiyaların işini daha da əngəlləşdirməklə yanaşı, həmçinin müstəqil qaydada müdafiə tədbirlərinə əl atmalarını zəruri edib.
Amma bunlar da yetərli deyil. DİA.AZ bildirir ki, dünən axşam saatlarından etibarən ölkənin bir sıra xəbər portallarına yeni haker hücumları edilib. Bildirək ki, bu dəfə edilən hücumlar səbəbindən həmin saytlara giriş məhdudlaşdırılıb və ziyarətçiyə təhlükəsizlik xəbərdarlığı olunur.
Yəni əgər həmin saytları kimsə ziyarət edərsə, o zaman həmin şəxs öz bilgisayarındakı məlumat bazasını həmin hakerlərin istifadəsinə açıq hala gətirmiş olurlar. Yəni belə bir viruslar hesabına portalların oxucularına aid məlumat bazaları üzərində hökmranlıqlarını qurmuş olurlar.
Odur ki, DİA.AZ olaraq artıq bu şəkildə yoluxmuş bir neçə portalımızın olduğunu bildirir və oxucularımıza ehtiyatlı davranmaları barədə xəbərdarlıq edirik.
Onu da qeyd edək ki, bu tipli saytların əksəriyyətinin adları bizə məlum olsa da, yanlış anlaşıla biləcəyini düşünərək açıqlamırıq. Sadəcə olaraq oxuculara, internet girişlərinin etdikləri xəbərdarlığa əməl etməyin lazımlılığını xatırladırıq.