DAHA BİR ÖLKƏ İSLAMÇILARIN ƏLİNƏ KEÇİR
Tarix: 27-11-2011, 12:13 |
Çap et
MƏRAKEŞDƏ SEÇKİLƏRİ MÖTƏDİLLƏR QAZANIB
Mərakeşdə keçirilən parlament seçkilərində müxalif mötədil islamçıların Ədalət və İnkişaf partiyası faktiki olaraq qələbə çalıb.
Böyük ehtimalla, bu partiya parlamentdəki 395 mandatından 80-na nail olacaq. İkinci yerdə olan “İstiqlal” partiyasıdır 45 mandata nail olacaq. “Istiqlal”-ın rəhbəri, Mərakeşin hazırkı baş naziri Abbas el-Fassi Ədalət və İnkişaf partiyası ilə koalisiya hökumətini formalaşdırmağa hazır olduğunu bildirib.
O deyib ki, Ədalət və İnkişaf partiyasının seçkilərdəki uğuru, Mərakeşdə demokratiyanın qələbəsidir.